Sumqayıtlı cüdoçular U-14 Liqa yarışında 4 medal qazandılar - FOTO

 Bakıda keçirilən cüdo üzrə U-14 yeniyetmələr arasında Liqa yarışının III turunda Sumqayıt təmsilçiləri uğurlu çıxış ediblər.
Sumqayit.tv xəbər verir ki, Sumqayıt şəhər idmançıları ümumilikdə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışda yüzlərlə idmançı mübarizə aparıb.

Oğlanlar arasında 60 kq çəki dərəcəsində Sumqayıt şəhəri 1 nömrəli İOEUGİŞM-in təmsilçisi Kənan İsmayılov gümüş medal qazanıb. Eyni çəki dərəcəsində Sumqayıt şəhəri 2 nömrəli UGİŞM-in yetirməsi Rəsul Abuzərov bürünc medala sahib olub.

73 kq-da Sumqayıt şəhəri 2 nömrəli UGİŞM-in təmsilçisi Əli Qulamlı bütün rəqiblərinə qalib gələrək birinci yerə layiq görülüb.

Qızlar arasında 40 kq çəki dərəcəsində Sumqayıt şəhəri 2 nömrəli UGİŞM-in yetirməsi Zeynəb İsgəndərli bürünc medalla kifayətlənib.

Qeyd edək ki, yarışda ümumilikdə 80 klub və idman cəmiyyətindən 390 idmançı (313 oğlan, 77 qız) iştirak edib. Cari ildə U-14 Liqa yarışının dörd turunun keçirilməsi nəzərdə tutulur. Bu yarışların nəticələrinə əsasən idmançıların reytinq siyahısı formalaşacaq.

 

 

 

 

 

30-08-2025, 09:26 284
Dünən, 20:21
Dünən, 16:36
Dünən, 15:48
Dünən, 15:20
Dünən, 14:34
Dünən, 13:44
Dünən, 13:17
Dünən, 13:13
Dünən, 13:01
Dünən, 12:41
Dünən, 12:20
Dünən, 12:18
Dünən, 12:17
Dünən, 11:00
22-07-2026, 22:37
22-07-2026, 17:11
22-07-2026, 17:08
22-07-2026, 15:46
22-07-2026, 14:12
22-07-2026, 13:27
22-07-2026, 13:18
22-07-2026, 12:31
22-07-2026, 11:13
22-07-2026, 11:11
22-07-2026, 11:09
22-07-2026, 10:17
22-07-2026, 10:15
22-07-2026, 10:00
22-07-2026, 07:49
22-07-2026, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
1 2 3 4 5 6 7 8 9 10 ... 1086