Terrorçunun qulağı - legitim hədəf və ya Simonyan “tayqulaq Andranik”i unudur

 
 
Məşhur “Axırıncı aşırım” filmində belə bir epizod var: Qəmlo Kərbəlayi İsmayıla deyir ki, Kərbəlayi, o küçüyün qulağını kəsdim.
Əvvəlcə adama elə gəlir ki, Qəmlo “o küçük” dediyi adamın, yəni Abbasqulu ağa və digər hökumət adamlarını dar asma körpüdən keçirərək qaçaqların sığındığı kəndə buraxan kəndlinin qulağını məcazi mənada kəsib, onu nəsə başqa cür cəzalandırıb. Amma sonrakı epizodlarda görünür ki, həmin şəxs qulağı sarıqlı gəzir. Demək, Qəmlo sözün əsl mənasında dediyini edibmiş.
Əlbəttə, bu, vəhşiyana hərəkətdir, keçmişin qalığıdır.
Martın 22-də Moskvada terror aktı törədənlərin yaxalanması zamanı da iki terrorçunun qulağının sarıqlı olduğu görünürdü və açıqca bilinirdi ki, ya “Axmat” batalyonunun döyüşçüləri, ya da federal qüvvələr terrorçuları yaxalayarkən qulaqkəsmə işinə də baxıblar.
6601129b5e2302dee27dcbf1.jpg (64 KB)
Düzdür, teraktda ölən 144 nəfərə görə o terrorçular ən ağır cəzaya layiqdirlər, amma kəsicilər iki daşın arasında onların qulağını kəsməklə adamlara həm də psixoloji zərbə vurublar. Bəzi inanclara görə, mələklər kamikadzeləri cənnətə qulaqlarından yapışıb aparırlar. Əgər qulağın birində xəsarət varsa, mələklər transferdən imtina edirmişlər.
İndi “Rossia Today” telekanalının baş redaktoru Marqarita Simonyan terrorçunun qulağını kəsən oğlanı müdafiə edir, ümidvar olduğunu bildirir ki, ona heç nə olmayacaq. Əlbəttə, heç nə olmayacaq. Ora Norveç deyil ki. Hətta ola bilər, adama “Şəxsi şücaətə görə” və ya “İgidliyə görə” medalı verilsin. Baxmayın, əli-qolu bağlı adamın qulağının birini süngü ilə sıyırmaq elə-belə iş deyil, ürək lazımdır. Qanını soran ağcaqanadı öldürəndə vicdan əzabı çəkənlər belə şeyləri bilməzlər.
“Norveç” demişkən, elə Marqarita Simonyan da bu ölkəyə istinad edib, 2011-ci ildə terror aktı törədən və 77 nəfəri (70-i yeniyetmə) öldürən Anders Breyviki misal çəkib, deyib ki, Norveçdə ona 21 il həbs cəza veriblər və o, idman zalı, televizoru və oyunları olan kamerada saxlanılır.
Simonyanın dediyindən elə çıxır ki, Norveç özünə hörmət eləyən ölkə olsaydı, Breyvikin ən azı bir qulağını kəsməliydi. Fəqət Norveç də Rusiya deyil.
İndi elə çıxmasın ki, qulaqlara qurğuşun, bizdə elə cinayət törədənlərin qulağı salamat qalar. Həzrət Abbas haqqı, biz də elə adamların qulağına xoş söz demərik. Bizdə “yekə tikəni qulağın boyda edərəm”, “qulağından tutub divara mıxlayaram” hədələri var və bunlar göstərir ki, pis adamların qulağı bizdə də legitim hədəfdir.
2016-cı ilin iyununda Türkiyədə hərbi çevriliş baş verəndə qiyamçı general Akın Öztürkün də qulağını kəsmişdilər. O boyda general foto və videokameralar qarşısına qulağı sarıqlı çıxarılmışdı. Ta bilinmədi ki, adamın yaxalayanda qulağından zədə alıb, yoxsa onu tutan kommandoslar sırf Qəmlo kimi hərəkət ediblər.
Yəni o cür hadisələr zamanı hiddət və şiddət kəllə-çarxa qalxır deyə hövllənmiş tərəflər bir-birinin əzalarına hörmət eləmirlər. Nəticədə diş, qulaq, göz, xaya kimi orqanlar xəsarət alır.
Fəqət qulaq kəsmək simvolik məna daşıyır. Bu, təkcə fiziki cəza növü deyil, eyni zamanda bunun mənəvi-psixoloji aspekti var, oxumuş adamlar demişkən.
Bax, indi Simonyan terrorçuların qulağının kəsilməsindən məmnundur, amma onun yadına salsaq ki, vaxtilə soyadaşın Andronikin də qulağını kəsib “tayqulaq Andronik” ediblər, ona nə deyirsən, qadın nifrət püskürər. Halbuki Andranik də terrorçu olub.
caebY3sLLT6jGIsb6a5s.jpg (42 KB)

Hərçənd Osmanlı imperiyasının paşası Andranik Ozanyanın qulağının hansı şəraitdə kəsilməsi barədə dəqiq mənbə yoxdur. Çünki türklər çalışırlar bu məsələnin üstündən sükutla keçsinlər, ermənilər isə özlərini elə aparırlar ki, belə haqq-hesab yerli-dibli olmayıb. Ancaq güman ki, bu hadisə Andronikin 1892-ci ildə İstanbulda polis rəisini öldürməsindən əvvəl baş verib.
Hər halda bu lənətullah 1892-ci ildən ta 1918-ci ilə qədər Türkiyənin şərq vilayətlərində, Qafqazda, Qarabağda çox qanlar töküb. Sülənmədiyi şəhər qalmayıb, çoxlu hərbi cinayətlər törədib, minlərlə mülki insan öldürüb, yüzlərlə kənd yandırıb.
Beləsinin qulağını kəsənlər ona görə qınanılmalıdır ki, onun insanlığa qarşı qəddar cinayətlər düşünən başı dura-dura 50 qramlıq qulağını kəsmək lazım deyildi.
O, 1927-ci ildə ABŞ-da Kaliforniyada gəbərib. Amma siz görün “Tayqulaq Andaonik”i hansı dövlətlər təltif edibmiş. Rusiya imperiyası, Fransa, Bolqar krallığı, Yunanıstan krallığı. Yaramazı Türkiyəyə qarşı döyüşdüyünə görə təltif edirmişlər.
P.S. Vikipediyada şəkillərinə baxdım, bəzilərində Andranik çəpəki durub, qulağının biri görünmür, amma elə şəkli də var ki, hər iki qulağı yerindədir. Ola bilər, Kaliforniya şirmayı qulaq qoydurub qırışmal.
P.P.S. Böyük rəssam Pol Qogen özündən də böyük rəssamı Vinsent van Qoqun qulağını kəsməsi isə heç bir dəftər-kitaba sığan iş deyil.
 
Araz Altaylı,
Musavat.com

3-04-2024, 14:04 217

Digər xəbərlər

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

Zakir Fərəcovun növbəti səyyar görüşü 42-ci məhəllədə keçirilib

Sumqayıtda kəsilmiş ağacların əvəzinə yeniləri əkilib, identifikasiya etiketi vurulub - FOTO

Sumqayıtda 201 mənzil kirayə mexanizmi ilə satışa çıxarıldı

Əliyev və Putin görüşdü

Saray qəsəbəsində baş verən ağır qəza ilə bağlı rəsmi məlumat – 1 nəfər ölüb, 3 nəfər yaralanıb

Sumqayıtda avtobus sürücüsü narkotik qəbul edərək sərnişin daşıyırdı – VİDEO

Azərbaycan nefti bahalaşdı

Sabah Sumqayıt üzrə pensiyalar ödəniləcək

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 20:00
Bu gün, 19:01
Bu gün, 09:07
Bu gün, 08:36
Dünən, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
7-10-2025, 13:47
7-10-2025, 11:27
7-10-2025, 11:00
7-10-2025, 09:59
6-10-2025, 17:09
6-10-2025, 14:48
6-10-2025, 13:15
6-10-2025, 10:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972