Bakıda hakim komitə sədrinin üzünə tüpürdü - QALMAQAL


Bakıda hakim komitə sədrinin üzünə tüpürdü - QALMAQAL

AFFA-nın Hakimlər Komitəsinin sədri Fritz Stuxliklə futzal hakimi Ramiz Məhərrəmov arasında dava olub.
Hadisə hakimlərdən test götürülərkən baş verib.
Komitə sədrinin Məhərrəmova yüksək tonla irad bildirməsi onun xoşuna gəlməyib və beləliklə tərəflər arasında gərginlik yaşanıb. Bu zaman hətta hakimin avstriyalının üzünə tüpürdüyü bildirilir.
Xəbəri dəqiqləşdirmək üçün böyük futbolda və futzal çempionatlarında idarəçilik etmiş Ramiz Məhərrəmovla əlaqə saxladıq. Təcrübəli hakim məlumatı təsdiqlədi: 
"Düz eşitmisiz, aramızda gərginlik yaşandı. Hadisə iki gün əvvəl oldu. Qaçış normativi zamanı az qaçdım. Amma hələ mənim ikinci şansım vardı, ikinci testdə onu yerinə yetirə bilərdim. Acığımdan dedim qaçmıram. Mənimlə yüksək tonla danışmağa başladı. İkiqat cavabını verdim. Xətdə məndən sonrakına, məndən az qaçana sarı vərəqə göstərilməli olduğu halda, mənə xəbərdarlıq etdi. Yanaşma hamıya eyni deyil. İkili münasibət var. Stuxlik gələn gündən mənimlə prinsip aparır. Böyük futbolda premyer liqada hardasa, 130 oyuna ehtiyat hakim getmişəm. Fariz Yusifovun, Vüsal Əliyevin, Əliyar Ağayevin köməkçisi olmuşam. Stuxlik təzə gələndə oyunuma baxmışdı, bəyənmişdi. İmtahanları da vermişdim. Dörd turdan sonra mənə dedi ki "sən 19 yaşlılara kimi oyun idarə edə bilərsən". Səbəbini soruşdum. Deyir "sənin 37 yaşın var". Dedim "məni ərə verirsən? Mənim işimə bax da, yaşımı neynirsən? Hələ 9 il də hakimlik edə bilərəm". 

Böyük futbolda onun əlindən baş götürüb getdim futzala. Orda da mənimlə prinsip aparırdı. Bazardan gələn çempionatda dörd oyun idarə edib, mən birini. Bütün ixtiyar onun əlindədir, kimdən xoşu gəlmirsə, "qələmini qırır". Sonuncu qurbanı Rəhim Həsənov idi. 
Özünə dedim ki "sən düz etmirsən. Bu qədər hakimin gözü qarşısında mənə haqsızlıq edirsən". Söz yox ki, bizim hakimlər səsini çıxaran deyil. Bizdə birlik yoxdur. 20 ildi hakimlikdəyəm, birlik görməmişəm. Ona görə də gələn-gedən təcrübəli hakimləri bir-bir aradan götürür. 
Bundan sonra necə olacaq? Stuxlikə kimsə nəsə deyəndə onu hakimlikdən uzaqlaşdırır, o ki qalıb mənə - aramızda o cür mübahisə yaşandı. Yəqin ki, hər şey bitdi. Departament rəhbəri Cavid Cəlilov da orda idi. Onun vasitəsilə Stuxlikə çatdırdım ki, Allah deyilsən. Ondan AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədova da şikayət edəcəyəm. 
Bizdən elə normativlər tələb edir ki... 2 il pandemiya olub, nə zal, nə məşq görmüşük. Elə bilir bura Avstriyadır. Onun tələb etdiyi kimi, gündə iki məşq etmək üçün kartof-soğan yeməməlisən, normal vitaminizasiya olmalıdır. Gündə 600-700 qram meyvə yeməyə hamının imkanı yoxdur. Dirəşib ki, mən nə deyirəm, o da olmalıdır. Realıq da var axı. Bundan əvvəl başımızın üstündə Elçin Məmmədov var idi. Onun da "torbasını tikdilər", getdi. Özümüzünkülər "tikdi". Nə isə, sözüm onda deyil, Stuxlik təzə gələndə, elə birinci gün bizimlə ingiliscə danışırdı. Elçin ona dedi ki, biz Azərbaycanda yaşayırıq. Tərcüməçi olmasa, çətinlik yaranacaq. Cavabı nə olsa yaxşıdır? "Mən Azərbaycan dilində danışan deyiləm, siz ingiliscə öyrənin". And olsun rəbbimizə, olanı deyirəm. Nə istəyir, onu da edir. Onun dediyi odur ki, nə deyirəmsə, ikinci söz olmamalıdır. Axı sən camaatın haqqını yeyirsən, necə cavab verməyim?"
Fanat.az

15-10-2021, 16:20 190

Digər xəbərlər

Deputat: Azərbaycan–Özbəkistan əlaqələri rekord səviyyədədir

Sumqayıt Telekommunikasiya Qovşağında işçi sayı zərurət yarandıqca optimallaşdırılacaq

Zakir Fərəcov sakinlərin müraciətlərini dinlədi - FOTO

Xırdalan-Sumqayıt reysləri nə vaxt bərpa olunacaq?

İlham Əliyev fərman imzaladı – Sumqayıtla bağlı dəyişiklik də var

Şagirdlər növbəti həftədən beşgünlük payız tətilinə çıxır

Sumqayıt yolunda sərxoş sürücünün törətdiyi qəzada ölümə səbəb olan həkimlə bağlı QƏRAR

Sumqayıt yolunda avtobus zolağı tətbiqi tənqid olunur – yol daha da yükləndi

Sumqayıtda 2 yeni məktəb binasının layihələndirilməsinə start verilir

Sumqayıtda 1000 abonentin təbii qaz təchizatı dayandırılır

Bakı–Sumqayıt yolunda sıxlıq: sürücülər ehtiyatlı olsun

Sumqayıtın sabiq hakiminin cəzası 9 ildən 6 ilə endirildi

Sumqayıtda kirayə mənzil seçimi üçün yeni imkanlar açılır

Sumqayıtda vaqonda yanğın baş verib

Sabiq təhsil rəisinə ağır cəza: Rüfət Hacıyev 8 il 6 ay həbs edildi

Travmatologiya şöbəsində ödəniş tələbi ilə bağlı vətəndaş şikayəti

Sumqayıtın və digər rayonların icra başçıları nə qədər maaş alır? - SİYAHI

“Sumqayıt” klubu sarı vərəqələrə görə cərimələnib

Sumqayıtda ləğv olunmuş “Dəmir Bank”a məxsus obyekt hərraca çıxarılır

Sumqayıtdan paytaxta və bölgələrə gedən yeni avtobus marşrutları müsabiqəyə çıxarılır

1 2 3 4 5 6 7 8 9 10 ... 985
15-11-2025, 13:21
14-11-2025, 18:14
14-11-2025, 16:26
14-11-2025, 16:11
14-11-2025, 16:07
14-11-2025, 13:10
14-11-2025, 11:57
14-11-2025, 11:52
14-11-2025, 11:47
14-11-2025, 09:29
14-11-2025, 09:01
13-11-2025, 20:05
13-11-2025, 19:48
13-11-2025, 17:57
13-11-2025, 17:42
13-11-2025, 16:38
13-11-2025, 15:57
13-11-2025, 15:50
13-11-2025, 15:47
13-11-2025, 12:42
13-11-2025, 12:38
13-11-2025, 12:29
13-11-2025, 11:25
13-11-2025, 11:15
13-11-2025, 10:51
13-11-2025, 10:23
13-11-2025, 10:00
12-11-2025, 21:33
12-11-2025, 21:28
12-11-2025, 18:54
12-11-2025, 17:37
12-11-2025, 17:14
12-11-2025, 16:19
12-11-2025, 15:24
12-11-2025, 12:45
12-11-2025, 12:42
12-11-2025, 12:38
12-11-2025, 12:33
12-11-2025, 12:21
12-11-2025, 12:17
1 2 3 4 5 6 7 8 9 10 ... 985