
Bu gün Hacı Zeynalabdin qəsəbəsində yanğın hadisəsi qeydə alınıb.
Sumqayit.tv xəbər verir ki, ümumi sahəsi 50 kvadratmetr olan vaqonun taxta üzlüyü yanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri cəlb olunub və alov qısa müddətdə söndürülüb.
Digər vaqonlar yanğından mühafizə olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.