“Ata, biz qayıdırıq” - Təyyarə qəzasında həlak olan hərbçinin son sözləri

 

Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsinin ekipaş üzvlərindən olan baş çavuş İlker Aykut Gəncədə təyyarəyə minməmişdən əvvəl atasına zəng edibmiş.  

Sumqayit.tv “Yeni Sabah”a istinadən xəbər verir ki, bunu onun atası Ünal Aykut bildirib.

“Azərbaycanda təyyarəyə minməzdən əvvəl zəng etmişdi. Dedi ki, ata, biz geri qayıdırıq. Həm də soruşdu ki, tarlaları əkmisən? Cavab verdim ki, bəli, əkmişəm”, - şəhidin atası söyləyib.

Xatırladaq ki, hadisə ilə bağlı xəbəri Tekirdağın Muratlı rayonunun Kırkkepenek məhəlləsində yaşayan İlker Aykutun ailəsinə rayon valisi Aytəkin Yılmaz tərəfindən çatdırılıb. Oğullarının şəhid olduğunu eşidən Ünal və Zülbiyyə Aykut göz yaşlarına boğulub. Anası Zülbiyyə Aykut vəziyyətinin pisləşməsi səbəbindən təcili yardım maşını ilə Muratlı Dövlət Xəstəxanasına aparılıb.

Ünal Aykut, dərin kədər içində əsgərlərə sarılaraq “Onsuz da siz də mənim oğlumsunuz” deyib.

Hərbi təyyarələrin texniki baxımını həyata keçirən baş çavuş Berkay Karacanın  şəhid olduğu xəbəri isə Kırklarelinin Lüleburgaz rayonunun 8 Noyabr məhəlləsi, Tuna küçəsində yaşayan ailəsinə Qarnizon Komandanı general-mayor Ali Aydın Torun, rayon rəhbəri Kemal Yıldız və bələdiyyə sədri Murat Gerenli tərəfindən verilib. Ağır xəbəri alan ana Nurdan və ata Nedim Karaca böyük kədər yaşayıb. Şəhidin evinə Türkiyə bayrağı asılıb, evin qarşısına başsağlığı çadırı qurulub.

Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C-130 hərbi nəqliyyat təyyarəsi noyabrın 11-də Azərbaycandan qayıdarkən Gürcüstan ərazisində qəzaya uğrayıb. Nəticədə göyərtədə olan 20 hərbçi həlak olub.


12-11-2025, 12:42 107

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041