Sumqayıtda biznesmen şişlə qadına hücum etdi

 

Sumqayıt şəhərində qonşular arasında insident baş verib.

Sumqayit.tv xəbər verir ki, news24.az-ın əldə etdiyi məlumata görə, hadisə avtomobilin park edilməsi üstündə yaranıb.

Sumqayıtda yaşayan iş adamı 1965-ci il təvəllüdlü Yadulla Cəfərovun (şərti soyad) “Range Rover” markalı avtomobilini qonşusu Arzu Nağıyevanın evinin qarşısında saxlaması narazılığa səbəb olub.

Qadın bildirib ki, Yadulla Cəfərov əvvəllər də dəfələrlə avtomobilini onun qapısının önündə saxlayıb və bu səbəbdən həyətə daxil olmaqda çətinlik çəkib. Hadisə günü Arzu Nağıyeva küçədə avtomobili ilə siqnal verərək Yadulladan maşınını götürməsini xahiş edib.

Bu zaman tərəflər arasında mübahisə yaranıb. Qonşuların müdaxiləsi nəticəsində söz davası fiziki qarşıdurmaya çevrilib. Yadulla Cəfərov evdən şiş götürərək onlara hücum edib və bir nəfərə əl nahiyəsindən yüngül xəsarət yetirib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Yadulla Cəfərov saxlanılıb və barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib. Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə o, 100 manat məbləğində cərimələnib.

Qeyd edək ki, Yadulla Cəfərov Birinci Qarabağ müharibəsi veteranıdır.


12-11-2025, 21:28 191

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102