
Misli Premyer Liqasının XI turunda keçirilən “Qəbələ” – “Sumqayıt” oyunu “gənclik şəhəri” təmsilçisinə maliyyə itkisi ilə nəticələnib.
Sumqayit.tv xəbər verir ki, AFFA İntizam Komitəsinin qərarına əsasən, qarşılaşmada “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün komanda 700 manat məbləğində cərimə olunub.
Qeyd edək ki, həmin iclasda “Zirə”, “Turan Tovuz”, “Kəpəz” və “Sabah” klubları da müxtəlif səbəblərlə cərimələniblər.
Bu gün, 15:50
5