Sabiq təhsil rəisinə ağır cəza: Rüfət Hacıyev 8 il 6 ay həbs edildi

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Rüfət Hacıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib

Sumqayit.tv xəbər verir ki, Quba-Xaçmaz Regional Təhsil İdarəsinin sabiq müdiri Hacıyev Rüfət Malik oğlunun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda hökm oxunub. Hökmə əsasən, Rüfət Hacıyev 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, təhsil sahəsində vəzifə səlahiyyətlərindən sui-istifadə, rüşvət alma və qanunsuz yolla əldə etdiyi gəlirləri leqallaşdırmaqda təqsirli bilinib.

Baş Prokurorluğun yaydığı məlumata görə, Rüfət Hacıyev 2017–2023-cü illərdə rəhbərlik etdiyi təhsil qurumlarında — əvvəlcə Quba Rayon Təhsil Şöbəsində, daha sonra Quba-Xaçmaz Regional Təhsil İdarəsində — müxtəlif vəzifə təyinatları və yoxlamalardan azad edilmə müqabilində şəxslərdən ümumilikdə 65 min manatdan artıq məbləğdə pul vəsaiti alıb.

Bundan əlavə, o, 20 min manat məbləğində rüşvətin alınmasına vasitəçilik edib və qanunsuz yolla əldə etdiyi 175 min manatdan artıq vəsaiti yaxınlarının adına keçirməklə leqallaşdırıb.

Rüfət Hacıyevə qarşı Cinayət Məcəlləsinin 193-1.3.2, 308.2, 32.5, 308.2, 311.3.2 və 311.3.3-cü maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Həmin iş üzrə digər təqsirləndirilən şəxs — Hesablama Palatasının sabiq əməkdaşı İntiqam Hacıyev isə ev dustaqlığında saxlanılır.

13-11-2025, 17:42 68

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041