Səbinə Salmanova: Özlərini “kiçik padşah” kimi aparan icra başçıları vəzifəsindən azad ediləcək

 

Prezident İlham Əliyev noyabrın 12-də Naxçıvanda Prezidentin səlahiyyətli nümayəndəsini və bir sıra rayon icra hakimiyyətlərinə təyin olunmuş başçıları qəbul edərkən onlara mühüm tapşırıqlar və tövsiyələr verdi, qarşıdakı fəaliyyət istiqamətləri üçün aydın və konkret yol xəritəsi müəyyənləşdirdi. Hesab edirəm ki, bütün icra başçıları və məmurlar ölkə başçımızın tövsiyələrinə əməl etməli, vəzifələrini layiqincə, vicdanla yerinə yetirməli və dövlət maraqlarını şəxsi maraqlarından üstün tutmalıdırlar.

Sumqayit.tv xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Deputat bildirib ki, bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən icra başçılarına və məmurlara hələ də rast gəlinməkdədir:

“Təəssüf ki, bəzi icra başçıları özlərini “kiçik padşah” kimi aparır və vəzifələrinin öhdəsindən layiqincə gələ bilmirlər. Hər bir dövlət məmuru vəzifəsinin yüksək etimad və məsuliyyət daşıdığını unutmamalıdır. Öz fəaliyyətinə diqqətlə və məsuliyyətlə yanaşmalı, xalqın yanında olmalı, onların problemləri ilə yaxından maraqlanmalı, sahibkarlara süni əngəllər yaratmamalı və şəhid ailələrinə, müharibə veteranlarına, qazilərə xüsusi həssaslıq göstərməlidir. Təəssüflər olsun ki, bəzən şahidi oluruq ki, bəzi icra başçıları və məmurlar korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparmaq əvəzinə, özləri bu çirkin əməllərə əl atırlar. Prezident İlham Əliyev də ötən gün çıxışında bu məsələyə toxunaraq qeyd etdi ki, “Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, əyri yola gedən hər bir dövlət məmuru nəticədə məhkəmə, qanun qarşısında cavab verməli olur və belə hallar əfsuslar olsun ki, bu gün də var”. Hər kəsə aydındır ki, dövlət başçımızın bu məsələlərə yanaşması prinsipial və qətidir. Odur ki, hər bir icra başçısı, məmur dövlət başçımızın tapşırıq və tövsiyələrindən ciddi nəticə çıxarmalı, öz davranışını dövlət maraqları və qanun çərçivəsində formalaşdırmalıdır. Yoxsa, vəzifəsini düzgün icra etməyən, dövlət başçısının etibarını itirən şəxslər vəzifəsindən işdən azad ediləcək”.

Onun sözlərinə görə, Prezident İlham Əliyev xalqa layiqli xidməti dövlət məmurları qarşısında mühüm vəzifələrdən biri kimi müəyyənləşdirib:

“Bu amil məhz vətəndaş-məmur münasibətlərinin yüksək əsaslar üzərində qurulmasına xidmət edir ki, bütün bunlar da istər ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır və dövlətimizin başçısının “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam” vədinin reallığa çevrildiyini növbəti dəfə sübut edir”.

S.Salmanova qeyd edib ki, Prezident İlham Əliyev, eyni zamanda, hazırkı yeni çağırışlar kontekstində bölgələrdə iş yerlərinin yaradılması, işgüzar mühitin formalaşdırılması sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin vacib olduğunu vurğulayaraq, bu istiqamətə mühüm addımların atılmalı olmasının zəruriliyindən danışdı.

“Dövlətimizin başçısı ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərlə formalaşdırıldığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndirilməsinin vacibliyini qeyd etdi. Fikrimcə, cənab Prezidentin tövsiyələri məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığını, onların uğurlu həllinin isə sosial-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərdi. Bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün prioritetlər deməkdir”.


13-11-2025, 11:25 176

Digər xəbərlər

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Berlin görüşündə hansı mesajlar verildi? – Əliyev və Mertsdən açıqlamalar-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
20-07-2026, 21:42
20-07-2026, 19:44
1 2 3 4 5 6 7 8 9 10 ... 1086