Güclü külək və yağış gözlənilir


Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 16-sı axşamdan başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, güclü külək əsəcəyi, müəyyən yerlərdə leysan xarakterli intensiv yağış yağacağı və şimşək çaxacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi proqnozlaşdırılır.
Sumqayit.tv xəbər verir ki, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.
Belə ki, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı, xüsusilə açıq hava şəraitində baş verən yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Həmçinin, bəzi dağ çaylarından qısamüddətli sel keçməsi ehtimalı ilə əlaqədar sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

16-09-2021, 11:44 191

Digər xəbərlər

Birinci Qarabağ müharibəsində itkin düşmüş xanım şəhid Sumqayıtda torpağa tapşırılacaq - FOTO

Sabah Ramazanın ilk günüdür: İmsak, iftar, dua

“Sumqayıt” bu futbolçunu saxlamaq istəyir

Sumqayıtdə kolleclərə sənəd qəbulu bu gündən başlayır

Rüşvət ittihamlı sabiq rəisin işi Sumqayıt məhkəməsində

TƏBİB-lə Səhiyyə Nazirliyi birləşdirilir? - AÇIQLAMA

Beynəlxalq futbol həyəcanı Sumqayıtda – “FIFA Series – 2026”nın finalı burada keçiriləcək

Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

“Münxen konfransı göstərdi ki, Azərbaycan sülh, təhlükəsizlik və tərəfdaşlıq siyasətinə sadiqdir”

Elektron siqaretlərə görə cərimələr - 30 manatdan 5000-ə qədər

Sumqayıtda yerləşən “Tullantıları İdarəetmə Mərkəzi” maliyyə auditi üçün kotirovka elan edib

Ramazan ayı başlayır - Təqvim açıqlandı

İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

Sumqayıtda yol və kanalizasiya problemi sakinləri çətin vəziyyətdə qoyub – Təcili yardım belə gəlmir- VİDEO

Strateji etimadın siyasi enerjisi: Bakı–Belqrad xəttində inkişaf və ortaq gələcək

Sumqayıtda mənzildə baş verən yanğın söndürülüb

Azərbaycanın tranzit aviasiyasında rəqəmsal dönüş — SITA baxışı (ANALİZ)

Sumqayıtda qalmaqallı “Qurtuluş” Reabilitasiya Mərkəzinin fəaliyyəti dayandırıldı

İlham Əliyevin Serbiyaya səfəri başa çatıb -FOTO

Zəhmətlə böyüyən ömür, sevgi ilə böyüyən nəvələr

1 2 3 4 5 6 7 8 9 10 ... 1019
Bu gün, 11:24
Bu gün, 10:49
Bu gün, 10:46
Bu gün, 10:20
Dünən, 18:12
Dünən, 17:42
Dünən, 17:01
Dünən, 16:55
Dünən, 16:38
Dünən, 12:20
Dünən, 12:08
Dünən, 11:44
Dünən, 11:39
Dünən, 11:02
Dünən, 10:34
Dünən, 10:20
16-02-2026, 16:36
16-02-2026, 15:58
16-02-2026, 15:50
16-02-2026, 15:43
16-02-2026, 15:08
16-02-2026, 15:06
14-02-2026, 19:08
14-02-2026, 18:50
14-02-2026, 14:38
14-02-2026, 12:53
14-02-2026, 11:31
13-02-2026, 22:10
13-02-2026, 09:45
13-02-2026, 09:30
13-02-2026, 09:06
13-02-2026, 00:32
12-02-2026, 19:05
12-02-2026, 15:50
12-02-2026, 13:44
12-02-2026, 13:16
12-02-2026, 11:41
12-02-2026, 11:39
12-02-2026, 11:36
12-02-2026, 11:16
1 2 3 4 5 6 7 8 9 10 ... 1019