Sumqayıt sakini Temu və kargo şirkətindən şikayətçidir: “Bağlama səbəbsiz geri qaytarılıb, hüquqlarım tapdanır”

 

Sumqayıt şəhər sakini Nihad Abbasov beynəlxalq onlayn alış-veriş platforması Temu və yerli çatdırılma xidməti Demir Cargo ilə bağlı redaksiyamıza şikayət ünvanlayıb.

Şikayətçinin bildirdiyinə Sumqayit.tv-yə bildirdiyinə görə, 10 yanvar 2026-cı il tarixində anasının adına Temu platforması üzərindən sifariş etdiyi bağlama izləmə nömrəsi TM4177841 ilə göndərilib. Bağlamanın tərkibində qadın ayaqqabısı, çanta və üz üçün masaj aləti olub. Daha sonra sifarişin bir hissəsi ləğv edilsə də, iki məhsulun göndərişi davam edib.

Nihad Abbasovun sözlərinə görə, bağlama 9 fevral tarixində Bakıdan gömrük nəzarətindən problemsiz şəkildə çıxıb, bütün bəyannamə prosedurları vaxtında yerinə yetirilib. Lakin bağlama Sumqayıta çatdığı və Demir Cargo-nun çeşidləmə mərhələsində olduğu halda, heç bir əsas göstərilmədən birbaşa Çinə – Temu şirkətinə geri qaytarılıb.

Şikayətçi iddia edir ki, sistemdə geri qaytarılma səbəbi kimi yalnız “gecikmə” göstərilib, lakin bağlamadan imtina edilməyib və ünvanla bağlı heç bir problem olmayıb:

“Puldan söhbət getmir. Mən istehlakçı kimi hüququmun tapdanmasından danışıram. Bağlama gömrükdən çıxıb, yoldadır, hər gün statusu izləyirdim. Birdən-birə yazıldı ki, geri qaytarılıb. Bu necə ola bilər?”

Şikayətçi bildirir ki, Demir Cargo ilə əlaqə saxlamaq mümkün olmayıb, zənglər cavabsız qalıb, sosial şəbəkələr üzərindən ünvanlanan müraciətlərə isə reaksiya verilməyib. Temu platforması isə məsuliyyəti kargo şirkətinin üzərinə ataraq məsələnin onların səlahiyyətində olmadığını bildirib.

Qeyd edək ki, sonradan Temu tərəfindən sifarişin bəzi hissələri üzrə qismən geri ödəniş edilsə də, Nihad Abbasov bunu problemin həlli hesab etmir:

“Mən məhkəməyə müraciət edəcəyimi deyəndən sonra tələsik şəkildə fərqli izahlar verdilər, qismən pul qaytardılar. Amma məsələ pul deyil. İnsanları belə süründürmək olmaz.”

Şikayətçi hesab edir ki, Temu və kargo şirkəti arasında məsuliyyətin ötürülməsi istehlakçı hüquqlarının kobud şəkildə pozulmasına gətirib çıxarır və bağlamanın geri qaytarılması üçün heç bir hüquqi əsas olmayıb.

Sumqayit.tv qarşı tərəflərin mövqeyini öyrənmək üçün TemuDemir Cargo ilə əlaqə saxlamağa hazırdır.


17-02-2026, 16:55 282

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102