
Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən daha 17 şəhidin dəfn olunacağı açıqlanıb.
Sumqayit.tv istinadən xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Bildirilib ki, şəxsiyyəti müəyyən edilən itkin-şəhidlərin 16-sı hərbçi, 1-i isə mülki şəxsdir. Onların bir qismi fevralın 19-da, digər qismi isə fevralın 20-də müxtəlif bölgələrdə torpağa tapşırılacaq.
Məlumata görə, itkin-şəhidlərdən biri — Qarayeva Mehriban Arif qızı — fevralın 20-də, saat 11:00-da Sumqayıt Şəhidlər xiyabanında dəfn olunacaq.
Qeyd edək ki, Mehriban Qarayeva Birinci Qarabağ müharibəsində itkin düşmüş hərbçi kimi qeydiyyata alınmışdı və şəxsiyyəti aparılan araşdırmalar nəticəsində müəyyən edilib.
Sumqayit.tv şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyir.

Bu gün, 11:24
20