Təhsildə gizli risk: kişi müəllim və ata faktorunun yoxluğu oğlan uşaqlarını necə dəyişir?

 

Son dövrlər ümumi təhsil müəssisələrində oğlan şagirdlərin davranışı, dərsə münasibəti və şagirdlərarası ünsiyyətdə müşahidə olunan dəyişikliklər cəmiyyətdə narahatlıq doğurur. Bu mövzu ilə bağlı Sumqayit.tv-nin redaksiyasına daxil olan valideyn müraciəti məsələnin təkcə fərdi problem olmadığını, daha geniş sosial və psixoloji çərçivədə qiymətləndirilməli olduğunu göstərir.

Valideyn müraciətində bildirilir ki, hazırda ölkənin ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayı qadın müəllimlərlə müqayisədə xeyli dərəcədə azdır. Onun fikrincə, uşaqlar məktəbəqədər təhsil pilləsindən ali məktəbə qədər əsasən qadın müəllimlərin, ailədə isə anaların təsiri altında formalaşır. Məktəbdə qadın müəllimlərin oğlan şagirdlərin öhtəsindən gələ bilməməsi, ana valideyinlərin isə öz uşaqlarının təhsil ocağındakı davranışlarını atalarda gizlətməsi ciddi nəzarətsizliyə yol açır. Bu vəziyyət xüsusilə oğlan uşaqlarının xarakterinin formalaşmasına təsir edir və özünü dərsə münasibətdə, davranışda və məsuliyyət hissində göstərir. Valideyn vurğulayır ki, mövcud təhlükə yalnız dərsə davamiyyət və təhsilin keyfiyyəti ilə məhdudlaşmır, eyni zamanda uşağın şəxsiyyət kimi formalaşması ilə birbaşa bağlıdır. Onun fikrincə, müəllim təkcə bilik verən deyil, həm də uşağın həyat yoluna, davranışına və dünyagörüşünə təsir edən əsas fiqurlardan biridir.

                                                                       Sevinc BAXIŞOVA


Mövzu ilə bağlı açıqlama verən psixoloq Sevinc Baxışova bildirir ki, son dövrlərdə oğlan uşaqlarının davranışlarında, təhsil prosesində və xüsusilə şagirdlərarası münasibətlərdə narahatlıq doğuran meyillər açıq şəkildə hiss olunur. Psixoloqun fikrincə, bu tendensiyaların əsas səbəblərindən biri hazırda ölkədə ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərin sayının qadın müəllimlərlə müqayisədə xeyli az olmasıdır.

Sevinc Baxışova qeyd edir ki, uşaqlar məktəbəqədər təhsil pilləsindən başlayaraq ali məktəbə qədər əsasən qadın müəllimlərin, ailə daxilində isə anaların təsiri altında formalaşırlar. Bu vəziyyət xüsusilə oğlan uşaqlarının xarakterinin formalaşmasına təsirsiz ötüşmür. Onun sözlərinə görə, orta məktəblərdə kişi müəllimlərin azlığı şagirdlərin davranış modelinə, məsuliyyət anlayışına və sosial münasibətlərinə ciddi təsir göstərir.

Psixoloq vurğulayır ki, mövcud risk yalnız təhsilin keyfiyyəti və dərsə davamiyyətlə məhdudlaşmır, eyni zamanda uşağın şəxsiyyət və xarakter formalaşması ilə birbaşa əlaqəlidir. Müəllim təkcə bilik verən şəxs deyil, həm də uşağın həyat yoluna istiqamət verən, onun davranış və dünyagörüşünün formalaşmasında mühüm rol oynayan əsas fiqurdur.

Sevinc Baxışovanın sözlərinə görə, qadın müəllimlər şagirdlərə daha çox incəlik, qayğı və diqqət nümunəsi göstərdiyi halda, kişi müəllimlər yetkinlik, cəsarət və məsuliyyət hissini təcəssüm etdirir. Məhz bu iki yanaşmanın vəhdəti uşaqların hərtərəfli inkişafına şərait yaradır. Nəticədə şagirdlər hər iki cinsin güclü və zəif tərəflərini öyrənərək daha balanslı, sosial baxımdan yetkin və məsuliyyətli şəxsiyyət kimi formalaşırlar.

                                                                              Şəmsi QOCA

Təhsil eksperti Şəmsi Qoca bildirir ki, məktəblərdə oğlan şagirdlərin dərsə davamiyyəti və intizam qaydalarına münasibəti müasir təhsil mühitində ən aktual pedaqoji çağırışlardan biri olaraq qalır. Onun sözlərinə görə, bu problemin kökündə psixoloji və sosioloji amillərin qarşılıqlı təsiri dayanır və məsələ yalnız fərdi davranışlarla izah edilə bilməz.

Ekspert vurğulayır ki, məktəb mühitində kişi müəllimlərin sayca azlığı təhsil prosesinin daha çox yumşaq və qayda-yönümlü bir model üzərində qurulmasına səbəb olur. Oğlan uşaqları üçün kişi müəllim yalnız bilik ötürən şəxs deyil, eyni zamanda davranış modeli və identikləşmə obyekti rolunu oynayır. Bu modelin çatışmazlığı şagirdlərdə məktəbə qarşı müəyyən yadlaşma hissi yaradır, onların rəqabətə meyilli enerjisi isə akademik fəaliyyət əvəzinə intizamsız davranışlara yönələ bilir.

Şəmsi Qoca diqqətə çatdırır ki, problemin dərinləşməsində ataların məktəb həyatından və valideyn iclaslarından kənarda qalması da mühüm rol oynayır. Atanın təhsil prosesində iştirak etməməsi oğlan uşaqlarının şüuraltında təhsilin ciddi və məsuliyyət tələb edən bir sahə olmadığı barədə yanlış təsəvvür formalaşdıra bilər. Bu halda ananın məktəblə bağlı tələbləri bəzən yalnız məişət qayğısı kimi qəbul olunur. Halbuki atanın müəllimlə birbaşa ünsiyyəti və məktəb prosesində aktiv iştirakı şagirddə məsuliyyət hissini gücləndirir və avtoritetə hörmətin bərpasına töhfə verir. Ekspert qeyd edir ki, ataların yalnız problem yarandıqda deyil, eyni zamanda uşaqların uğurları zamanı da məktəblə əlaqədə olması ailədaxili güclü dəstək mexanizminin formalaşmasına şərait yaradır.

Ekspertin fikrincə, mövcud vəziyyətin sağlamlaşdırılması üçün məktəb və valideyn əməkdaşlığı yeni müstəviyə keçməlidir. Standart valideyn iclaslarının formatını yeniləyərək “Atalar klubları” və ya kişilərin peşə və həyat təcrübələrini bölüşdüyü dəyirmi masaların təşkili oğlan şagirdlərin məktəbə bağlılığını artıra bilər. Eyni zamanda, şagirdlərin fiziki və intellektual enerjisinin düzgün istiqamətləndirilməsi üçün idman, robototexnika və debat klubları kimi aktiv fəaliyyət sahələrinin təşviqi vacib hesab olunur. Şəmsi Qoca vurğulayır ki, yalnız məktəblərdə kişi müəllimlərin nüfuzunun gücləndirilməsi və ataların bu prosesə sistemli şəkildə cəlb edilməsi yolu ilə oğlan şagirdlərin dərsə davamiyyət və intizam problemlərini köklü şəkildə aradan qaldırmaq mümkündür.





14-02-2026, 18:50 115

Digər xəbərlər

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

Sumqayıtda dəm qazı faciəsi: Daha iki uşaq dövlət himayəsinə veriləcək

Sumqayıtda aprelin 19-da imtahan keçiriləcək

Sumqayıtda abituriyentlər üçün “Uğura doğru bir addım” tədbiri keçirildi-FOTOLAR

Sumqayıtda 125 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtda karbamid istehsalı azalıb – rəsmi rəqəmlər açıqlandı

Sumqayıtda mağazadan oğurluq edən şəxslər saxlanıldı

Sumqayıt və Abşeronda I sinfə qəbul: bu məktəblərdə prioritet tətbiq olunacaq - FOTO

Sumqayıtda vətəndaş iddia edir: “Qaz sayğacımı qanunsuz söküb apardılar” - FOTO/VİDEO

Sumqayıtda 3 nəfəri qətlə yetirərək ömürlük həbs cəzası alan şəxslə bağlı QƏRAR

Azərbaycanda bu kanalların lisenziyası ləğv edildi

Macarıstana ona görə getdik ki… - Vens

Bakı və Sumqayıtda pensiyalar ödənildi

Sumqayıt “E-Şikayət” statistikasında: müraciətlərin 4,3%-i bu şəhərdəndir

Sumqayıtda qazılan yol təhlükəyə çevrildi – xəbərdarlıq nişanı yoxdur-FOTO/VİDEO

Sumqayıtda MİDA-nın 10 illik fəaliyyəti: minlərlə ailə güzəştli mənzillə təmin olunub

Sumqayıtdan Qubaya getdi, dörd dəfə boşanan kişi ilə qaçan bacısını öldürmək istəd

SON DƏQİQƏ: Sumqayıtda 4 avtomobil və avtobus toqquşdu-FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 1040
Bu gün, 20:36
Bu gün, 01:23
Dünən, 21:10
Dünən, 20:29
Dünən, 19:28
Dünən, 18:35
Dünən, 12:59
Dünən, 12:56
Dünən, 09:55
Dünən, 09:51
Dünən, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
13-04-2026, 13:31
13-04-2026, 13:06
13-04-2026, 11:35
13-04-2026, 10:34
12-04-2026, 22:25
12-04-2026, 16:47
11-04-2026, 19:34
11-04-2026, 15:18
11-04-2026, 13:02
10-04-2026, 18:36
10-04-2026, 18:34
10-04-2026, 18:19
10-04-2026, 17:48
10-04-2026, 15:37
10-04-2026, 15:31
10-04-2026, 15:25
10-04-2026, 15:19
1 2 3 4 5 6 7 8 9 10 ... 1040