
Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus "Tullantıları İdarəetmə Mərkəzi" MMC 2025-ci il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib.
Sumqayit.tv xəbər verir ki, sorğuda iştirak haqqı 10 manatdır. İddiaçılar təkliflərini martın 3-nə qədər şirkətin Sumqayıt şəhəri, Bakı-Quba şosesinin 33-cü km-i ünvanındakı ofisinə təqdim edə bilərlər. Təkliflərə martın 3-də, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq. Ötən il bu sorğunun qalibi "Fınancıal Reportıng Center" MMC olub. Şirkətə 1 830 manat ödənilib. /"Report"
Dünən, 12:08
9