Səbinə Salmanovanın təşəbbüsü ilə Sumqayıt məktəbliləri Xocalı soyqırımının 34-cü ildönümündə Memorial Soyqırımı Muzeyini ziyarət edib - FOTO

 

Milli Məclisin deputatı Səbinə Salmanovanın təşəbbüsü ilə 26 fevral – Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bir qrup Sumqayıt məktəblilərinin Azərbaycan Respublikası Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyinə ziyarəti təşkil olunub.

Sumqayit.tv bildirir ki, ekskursiya zamanı bələdçi muzey haqda məktəblilərə geniş məlumat verib, Azərbaycan xalqının gələcək nəsillərinin qan yaddaşının qorunmasına və soyqırım qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə xidmət edən ağır bir tarixi hadisəni özündə əks etdirən nümunə olduğunu qeyd edib. 

Daha sonra deputat Səbinə Salmanova söyləyib ki, bu cür maarifləndirici tədbirlərin vətəndaşların tarixi həqiqətləri düzgün və obyektiv şəkildə dərk etməsində mühüm rol oynayır.

O, Xocalı soyqırımın dünyada tanıdılması istiqamətində atılan addımlardan danışıb: “Bildiyiniz kimi, Xocalı soyqırımının dünyaya çatdırılması və tarixi həqiqətlərin qorunması istiqamətində ölkə başçımız cənab İlham Əliyev tərəfindən ardıcıl və məqsədyönlü işlər görülür. Cənab Prezidentin rəhbərliyi ilə Xocalı faciəsinə beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi, bu dəhşətli cinayətin soyqırımı kimi tanınması istiqamətində mühüm addımlar atılıb. Onu da qeyd edim ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da fəaliyyətində Xocalı həqiqətlərinin təbliği xüsusi yer tutur. Birinci xanımın təşəbbüsləri ilə həm ölkə daxilində, həm də beynəlxalq platformalarda Xocalı faciəsinin qurbanlarının xatirəsi daim yad edilir, bu mövzuda maarifləndirici layihələr həyata keçirilir”.

Parlamentari, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, bu kampaniya sayəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırılır, bir sıra ölkələrin parlament və beynəlxalq təşkilatları tərəfindən müvafiq qərar və qətnamələr qəbul olunur.

Millət vəkili məktəblilərin muzeyləri, tarixi məkanları ziyarət etməsi, sənədlər və arxiv materialları ilə birbaşa tanış olmasının onların dünyagörüşünün formalaşmasına, milli kimlik şüurunun güclənməsinə müsbət təsir göstərdiyini qeyd edib. O, eyni zamanda bildirib ki, məktəblilərin tarixi həqiqətləri bilməsi və onları gələcək nəsillərə ötürməsi Azərbaycanın haqq səsinin beynəlxalq aləmdə daha geniş yayılmasına töhfə verəcək.

Sonda deputat təmsil etdiyi Sumqayıt şəhərinin 1, 11, 16 və 18 nömrəli tam orta ümumtəhsil məktəblərinin şagirdləri üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Hərbi prokuroru Bəhruz Əhmədova və rəhbərlik etdiyi kollektivə dərin minnətdarlığını bildirib.

 

 

 

 

 

 

 

 


18-02-2026, 11:41 236

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102