Magistraturaya qəbul imtahanı fevralın 15-də keçiriləcək – Sumqayıtda 1712 bakalavr iştirak edəcək

 

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul imtahanının I cəhdi fevralın 15-də təşkil olunacaq.

Sumqayit.tv xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahanda iştirak etmək üçün ümumilikdə 22 min 780 bakalavr müraciət edib.

Qeyd olunur ki, imtahana qatılanların 20 min 790 nəfəri Azərbaycan bölməsi, 1990 nəfəri isə rus bölməsi üzrə biliklərini sınayacaq. İştirakçılardan 15 min 391 nəfər cari ilin, 7389 nəfər isə əvvəlki illərin məzunlarıdır. Eyni zamanda, imtahanda 47 xarici ölkə vətəndaşı da iştirak edəcək.

Qəbul imtahanı ölkə üzrə müxtəlif şəhər və rayonlarda təşkil olunacaq. Belə ki, Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda isə 2 imtahan binası ayrılıb. İmtahan verəcək bakalavrların sayı Bakıda 16 499, Sumqayıtda 1712, Abşeronda 1235, Gəncədə 1533, Naxçıvanda 542, Mingəçevirdə 828, Lənkəranda isə 431 nəfər təşkil edir.

İmtahan prosesinin təşkili və idarə olunması üçün 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi və 297 buraxılış rejimi əməkdaşı cəlb olunacaq.

Bütün imtahan mərkəzlərində imtahan eyni vaxtda – saat 11:00-da başlanacaq. Buraxılış rejimi 10:45-də başa çatacaq və bu vaxtdan sonra gələn şəxslər imtahan binasına buraxılmayacaq.

İmtahanın ümumi müddəti 3 saat 30 dəqiqə olacaq. İlk 3 saat test tapşırıqlarının cavablandırılmasına ayrılacaq, bundan sonra cavab kartları yığılacaq və iştirakçılara xarici dil fənni üzrə esse yazı işi üçün vəsaitlər paylanılacaq. Esselərin yazılması üçün 30 dəqiqə vaxt veriləcək.

Təhlükəsizlik tədbirləri çərçivəsində fevralın 14-də bütün imtahan mərkəzləri möhürlənəcək və Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin əməkdaşlarının nəzarətinə veriləcək.


12-02-2026, 11:36 54

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086