Sumqayıtlı deputatların iştirakı ilə “Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı-FOTO

 
“Bir Elin Manifesti” müsabiqəsinin qalibləri mükafatlandırıldı Fevralın 12-də Qərbi Azərbaycan İcmasının inzibati binasında Qərbi Azərbaycan mövzusunda hekayə janrı üzrə “Bir Elin Manifesti” adlı Birinci Ümumrespublika Müsabiqəsinin yekun tədbiri və qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Sumqayit.tv xəbər verir ki, müsabiqə Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşkilatçılığı ilə baş tutub. Layihənin ideya müəllifi Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızıdır. Tərəfdaş qurumlar sırasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Azərbaycan Yazıçılar Birliyi, “Ədəbiyyat qəzeti” və “Modern.az” informasiya agentliyi yer alıb. Tədbirdə çıxış edən Məlahət İbrahimqızı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli, Müşahidə Şurasının sədri Misir Mərdanov, akademik Nizami Cəfərov, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü, professor Mahirə Hüseynova (Nağıqızı) və Milli Məclisin deputatı Hikmət Babaoğlu layihənin ədəbi və ictimai əhəmiyyətindən danışaraq bədii ədəbiyyatın milli yaddaşın qorunmasında rolunu vurğulayıblar. Müsabiqənin şərtlərinə əsasən, 40 yaşadək müəlliflərin daha əvvəl çap olunmamış hekayələri təqdim edilib. Münsiflər heyətinin qərarı ilə qaliblər müəyyənləşdirilib: I yer – İlhamə Nasir qızı Kərimova (“Sonuncu pərdə”) II yer – Könül Nəriman qızı Həsənova (“Əsa”) III yer – Samir Arif oğlu Abdullayev (“Onun adı Lena idi”) Seçilmiş hekayələr bir neçə xarici dilə tərcümə edilərək kitab halında nəşr olunub. Qaliblərə diplomlar və pul mükafatları təqdim edilib.
Qeyd edək ki, tədbirdə Milli Məclisin Sumqayıt şəhərindən seçilmiş deputatları Mehriban Vəliyeva, Səbinə Salmanova və Elnarə Akimova da iştirak ediblər.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


13-02-2026, 09:45 149

Digər xəbərlər

"Qara kabus"un kölgəsində insan taleləri - Elnarə AKİMOVA

Sumqayıtda yola çıxaraq avtomobillərə mane olan 36 yaşlı qadın müəyyən edildi

BDU-da hüquqşünaslıq üzrə təkrar ali təhsil imtahanından şikayət: “Suallar proqramdan kənar idi”

Sakin haray çəkir: “Əlil arabası ilə bu yoldan keçə bilmirəm”

Sumqayıtda antisanitar vəziyyət: “10 gündən artıqdır zibillər yığışdırılmır”-VİDEO/FOTO

Xarıbülbül İğdırda el sənətləri ilə yenidən canlandırıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu

Sumqayıt bulvarında zibillik görüntüsü – sakinlər şikayət edir

Bir sinif, bir hədəf, bir universitet – Sumqayıtlı bacı-qardaşdan böyük uğur

Universitetlərdə təhsil haqları yenidən artdı

Ali məktəblərə qəbul olunanların qeydiyyatı başladı – MÜDDƏT AÇIQLANDI

Sumqayıtda işləmək istəyənlər üçün fürsət – VAKANSİYA

Türkiyə hərəkətə keçdi: Yunanıstanın Rodos planına sərt reaksiya

“Bu, onun şəxsi işidir” – Çingiz Abdullayev jurnalistlərə səsləndi

İZİA Peşə Təhsil Mərkəzində tələbə qəbulunun II mərhələsi başladı

Bakıda evli qadını şantaj edən şəxs — Həbs olundu

Sumqayıtda "Mahal" MTK tərəfindən ağacların kəsilməsinə dair cinayət işi başlanıb

Sentyabrdan bu dərsliklər yenilənir – ŞAGİRDLƏRİN NƏZƏRİNƏ

Sumqayıtda köməksiz qalan şəxs xilas edildi

Son illərdə Sumqayıtın inkişaf dinamikası – RƏQƏMLƏR NƏ DEYİR?

1 2 3 4 5 6 7 8 9 10 ... 1104
Dünən, 16:12
Dünən, 15:09
Dünən, 13:44
Dünən, 10:35
Dünən, 10:09
28-08-2026, 18:40
28-08-2026, 18:23
28-08-2026, 16:08
28-08-2026, 16:06
28-08-2026, 14:13
28-08-2026, 12:07
28-08-2026, 11:25
28-08-2026, 07:25
28-08-2026, 06:56
27-08-2026, 18:03
27-08-2026, 17:44
27-08-2026, 17:21
27-08-2026, 16:46
27-08-2026, 16:15
27-08-2026, 13:36
27-08-2026, 13:15
27-08-2026, 12:14
27-08-2026, 12:08
27-08-2026, 12:00
27-08-2026, 10:07
27-08-2026, 09:00
27-08-2026, 08:36
26-08-2026, 20:10
26-08-2026, 15:09
26-08-2026, 14:51
26-08-2026, 14:11
26-08-2026, 13:26
26-08-2026, 12:55
26-08-2026, 12:05
26-08-2026, 10:52
26-08-2026, 09:58
25-08-2026, 22:50
25-08-2026, 13:46
25-08-2026, 13:35
25-08-2026, 12:37
1 2 3 4 5 6 7 8 9 10 ... 1104