İzmir Xocalı Soyqırımının 34-cü İldönümünə hazırlaşır - FOTO

 

İzmir şəhəri 26 fevral – Xocalı Soyqırımının ildönümü ilə əlaqədar anım mərasiminə hazırlaşır. Hər il olduğu kimi, bu il də tədbir Karabağlar və Bornova bələdiyyələrinin inşa etdirdiyi Xocalı abidəsinin önündə keçiriləcək.

Sumqayit.tv-yə verilən məlumata görə, anım mərasimi Karabağlar və Bornova bələdiyyələrinin təşkilatçılığı, eləcə də İzmir Azərbaycan Kültür və Dayanışma Dərnəyi və Azərbaycan Dost Federasiyasının dəstəyi ilə baş tutacaq.

Bu ilki proqram çərçivəsində Karabağlar Bələdiyyəsində xüsusi səhnə tamaşası təqdim olunacaq. Azərbaycanın Türkiyədəki mədəniyyət elçisi, aktrisa Roza İbadova Koçamaz, yazıçı Elşad Eyvazlının “Böyüməyən Uşaqlar” kitabı əsasında səhnələşdirdiyi və rejissorluğunu öz üzərinə götürdüyü tamaşa ilə çıxış edəcək.

Xocalı faciəsinin ağrı-acısını özündə əks etdirən bu səhnə əsəri İzmir şəhərində təhsil alan azərbaycanlı tələbələrin ifasında tamaşaçılara təqdim olunacaq. Tamaşa soyqırımın dəhşətlərini, günahsız uşaqların yarımçıq qalan talelərini və xalqımızın yaddaşına həkk olunan faciəni bədii dillə ifadə edəcək.

Aktrisa Roza İbadova Koçamaz sosial media hesabında tamaşanıng məşqlərindən görüntülər paylaşaraq, hazırlıq prosesinin davam etdiyini bildirib. Paylaşımlarda tələbələrin yüksək həssaslıq və məsuliyyətlə bu tamaşaya hazırlaşdığı vurğulanır.

Qeyd edək ki, Xocalı Soyqırımı hər il Türkiyənin müxtəlif şəhərlərində, o cümlədən İzmir şəhərində geniş şəkildə anılır. 26 fevral tarixində keçiriləcək mərasimdə şəhidlərin xatirəsi ehtiramla yad ediləcək, çıxışlar və ədəbi-bədii kompozisiyalar təqdim olunacaq.

 

 

 

 

 

 

 



17-02-2026, 11:39 74

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060