Sumqayıtda narkotiklərlə mübarizə: yanvarda yüzlərlə fakt aşkarlanıb

  

Bu ilin yanvar ayında hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ölkə üzrə ümumilikdə 793 cinayət faktı aşkar edilib.

Sumqayit.tv xəbər verir ki, bu barədə Report-a Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan məlumat verilib.

Aşkarlanan faktlardan 162-si narkotik vasitələrin qanunsuz satışı, 630-u qanunsuz əldə edilərək saxlanılması, 1-i isə digər kateqoriyalı cinayətlər olub. Görülən tədbirlər nəticəsində qanunsuz dövriyyədən 893 kq 456,646 qram narkotik vasitə və psixotrop maddə müsadirə edilib. Onların böyük hissəsini — 765 kq-dan çoxunu marixuana təşkil edib.

Məlumata görə, müsadirə olunan narkotiklərin ümumi dəyəri 22 milyon 795 min manat həcmində qiymətləndirilir.

Cinayət məsuliyyətinə 207 nəfər cəlb olunub. Onlardan 199-u kişi, 8-i qadındır. Həmçinin məsuliyyətə cəlb edilən 3 xarici ölkə vətəndaşından ümumilikdə 48 kq-dan artıq narkotik vasitə götürülüb.

Yanvar ayı ərzində narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsi ilə bağlı 18 fakt aşkarlanıb və bu hallar üzrə 252 kq-dan çox narkotik dövriyyədən çıxarılıb. Cinayətlərin 14-ü qrup halında, 100-ü isə əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilib.

Qeyd edək ki, metadonla əvəzedici müalicə proqramı çərçivəsində hazırda ölkə üzrə 3 mərkəzdə müalicə aparılır. Bu proqramdan Sumqayıt Narkoloji Mərkəzi də yararlanır və hazırda burada 122 nəfər müalicə alır.

Rəsmi statistikaya əsasən, narkomanlar arasında İİV-ə yeni yoluxma hallarında da azalma müşahidə olunur. Bu ilin yanvar ayının sonunadək aşkarlanmış yoluxma hallarında inyeksion narkotik istifadəçilərinin payı minimum səviyyədə qeydə alınıb.


16-02-2026, 15:06 39

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086