Anar Kərimov Bolonyada İCESCO-nun baş direktoru ilə görüşüb


Görüşdə Azərbaycan-İCESCO əlaqələrindən söhbət açılıb, baş direktorun 2021-ci yanvar ayında Azərbaycana səfəri, həmin səfər çərçivəsində müzakirə olunan məsələlərlə bağlı yenidən fikir mübadiləsi aparılıb.
Sumqayit.tv xəbər verir ki, Anar Kərimov İCESCO-nun baş direktorunun bu səfərinin Azərbaycan cəmiyyətində böyük rezonans doğurduğunu, İCESCO-nun 44 günlük Vətən müharibəsi zamanı və müharibədən sonrakı dövrdə ölkəmizə verdiyi dəstəyin bir daha yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Eyni zamanda həmin səfər çərçivəsində razılaşdırılmış məqamların həyata keçirilməsi üçün konkret addımların atılması ilə bağlı müzakirələr aparılıb.
Salim Əl-Malik öz növbəsində Azərbaycana yüksək səviyyədə rəsmi səfərə dəvət edildiyinə və Prezident İlham Əliyev tərəfindən qəbul olunduğuna görə təşəkkürünü bildirib, görüşlərdə əldə olunan razılaşmaların icrası ilə bağlı İCESCO-nun artıq fəaliyyətə başladığını deyib.
Vurğulanıb ki, buraya ən vacib məqam olaraq Şuşa şəhərinin “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi, Azərbaycanda İCESCO-nun regional ofisinin açılması ilə bağlı məsələlərin tamamlanması, həmçinin İCESCO-da Nizami Gəncəvinin 880 illiyinin qeyd olunması kimi məsələlər daxildir. 
Görüş zamanı cari ilin sonuna kimi İCESCO-nun Baş katibliyində Nizami Gəncəvi irsinə həsr olunmuş böyük beynəlxalq tədbirin təşkili, regional ofis ilə bağlı məsələlərin Azərbaycan tərəfinin təklif etdiyi məqamlara aydınlıq gətirildikdən sonra işçi qrup səviyyəsində müzakirə edilməsinə dair ümumi razılıq əldə olunub. Eləcə də bu ilin sonunadək həm İCESCO Baş Konfransında, həm mədəniyyət nazirlərinin konfransında bu məqamlarla bağlı təqdimatların edilməsi razılaşdırılıb.
Baş direktor eyni zamanda Azərbaycan tərəfinin yeni təşəbbüsü olan "Mədəniyyət naminə sülh" (Peace4Culture) qlobal kampaniyasına öz dəstəyini ifadə edərək, 2021-ci  ilin dekabr ayında keçiriləcək İCESCO Baş Konfransı çərçivəsində bu kampaniyanın geniş təqdimatının keçirilməsinə razılığını ifadə edib.

14-09-2021, 10:27 188

Digər xəbərlər

Ələt-Astara yolunda qəzada həlak olan sumqayıtlı İbrahimin FOTOSU

Bu xəstəliklərdən əziyyət çəkənlər qəhvə içsinlər

Sumqayıtda yeni tədris ili başlayıb: 5075 şagird ilk dəfə məktəbə qədəm qoyub

Novxanı qəsəbəsində fəaliyyət göstərən reabilitasiya mərkəzinin direktor və işçiləri ilə bağlı qərar açıqlandı

"Sumqayıt" FK "Kəpəz"in uğursuz seriyasında ilk məğlubiyyəti yaşatdı

Sumqayıt Dövlət Universitetinin yataqxanası bu tələbələr üçün pulsuzdur

Arıqlamağa kömək edən MƏŞHUR İÇKİ - Effekti təsdiqləndi

Sumqayıt Uşaq Xəstəxanasının həyətində döl tapılıb

Sumqayıtda 3 500 manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanıldı

503 nömrəli Sumqayıt–Saray marşrutu bərpa olunur

Ələt-Astara yolundakı qəza Sumqayıt gəncinin həyatına son qoydu

Məcburi köçkünlərlə bağlı qalmaqal yaşayan sumqayıtlı jurnalist "Space TV"dən GETDİ

Sumqayıtda avtobuslarda illərdir işləməyən validatorlar qalır – sərnişinlərin pulları kartlarda qalıb

Bakı–Pirşağı–Sumqayıt marşrutu üzrə qatar reyslərinin sayı artırılır - CƏDVƏL

Səbinə Salmanova Sumqayıtda seçiciləri ilə görüşdü – bir sıra məsələlər yerindəcə həll olundu - FOTO

Bələdiyyə sədri növbəti dəfə şəhər sakinlərini qəbul edib-FOTOLAR

Sumqayıtın bu məktəblərində direktorlar dəyişdi - FOTO

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb

Tələbələrin sığınacaq dərdi: SDU yataqxanasında qiymətlər neçəyə başa gəlir?

Sumqayıtda yüksək nəticə göstərən məzunlarla görüş keçirilib - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 965
Dünən, 19:32
Dünən, 15:02
Dünən, 13:34
Dünən, 13:28
Dünən, 13:25
Dünən, 09:14
Dünən, 08:59
Dünən, 04:48
14-09-2025, 12:22
14-09-2025, 12:14
14-09-2025, 11:44
13-09-2025, 23:17
13-09-2025, 13:12
13-09-2025, 11:28
12-09-2025, 20:53
12-09-2025, 17:10
12-09-2025, 15:09
12-09-2025, 12:46
12-09-2025, 10:11
12-09-2025, 01:53
11-09-2025, 22:48
11-09-2025, 19:08
10-09-2025, 11:22
9-09-2025, 11:22
9-09-2025, 10:53
9-09-2025, 10:09
9-09-2025, 08:50
8-09-2025, 16:17
8-09-2025, 15:01
8-09-2025, 12:07
6-09-2025, 10:43
5-09-2025, 17:25
5-09-2025, 17:05
5-09-2025, 15:50
5-09-2025, 15:36
5-09-2025, 13:38
5-09-2025, 12:17
4-09-2025, 13:36
4-09-2025, 13:31
4-09-2025, 08:37
1 2 3 4 5 6 7 8 9 10 ... 965