Arıqlamağa kömək edən MƏŞHUR İÇKİ - Effekti təsdiqləndi

 Braziliyanın Cruzeiro do Sul Universitetinin alimləri yaşıl çayın piylənmə və maddələr mübadiləsinə təsiri ilə bağlı yeni elmi nəticələr təqdim ediblər.

Araşdırma nəticələri "Cell Biochemistry & Function" jurnalında dərc olunub.

Araşdırmada deyilir ki, siçanlarda yaşıl çay ekstraktının uzunmüddətli istifadəsi çəkinin azalmasına, insulinə həssaslığın artmasına və piylənməyə xas olan əzələ toxumasındakı pozuntuların qarşısının alınmasına səbəb olur.

Professor Rozemari Ottonun rəhbərlik etdiyi komanda artıq 15 ildən çoxdur yaşıl çayın təsirini öyrənir.

“Məni həmişə maraqlandırırdı ki, çayın arıqlatmağa kömək etdiyi iddiası nə dərəcədə doğrudur. İndi görürük ki, bu təsir təkcə real deyil, həm də dərin metabolik mexanizmlərlə bağlıdır,” — deyə Otton bildirib.

Təcrübədə siçanlar əvvəlcə şokolad, peçenye və qatılaşdırılmış südlə qidalanıb. Daha sonra heyvanların bir hissəsinə 12 həftə ərzində insan üçün təxminən üç fincana bərabər dozada yaşıl çay ekstraktı verilib. Nəticədə siçanların bədən çəkisi azalıb, qlükozanın mənimsənilməsinə cavabdeh olan genlərin fəaliyyəti bərpa olunub və əzələ lifləri normal diametrini qoruyub — bu da atrofiya riskinin azaldığını göstərir.

Tədqiqatın əsas özəlliyi siçanların termoneytral şəraitdə (28 °C) saxlanılması olub. Adətən bu cür eksperimentlər 22 °C-də aparılır, bu isə siçanlar üçün xroniki soyuq sayılır və enerji sərfiyyatını artırır.

“Biz xarici amillərin təsirini aradan qaldırmaq və çayın ‘təmiz’ effektini göstərmək istəyirdik,” - deyə Otton izah edib.

Alimlər həmçinin müşahidə ediblər ki, yaşıl çay seçici təsir göstərir: arıq siçanlarda çəkiyə təsir etməsə də, kök siçanlarda arıqlamağa kömək edib. Ottonun sözlərinə görə, bu nəticə çayın aktiv birləşmələrinin yalnız qida bolluğu şəraitində təsir göstərdiyi hipotezini təsdiqləyir.

“Yaponiyada insanlar yaşıl çayı ömür boyu hər gün içirlər və orada piylənmə səviyyəsi aşağıdır. Lakin biz hələ bu içkinin orqanizmdə necə işlədiyini tam başa düşmək mərhələsindəyik,” - deyə Otton vurğulayıb. (Publika.az)

15-09-2025, 08:59 171

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060