Ramiz Mehdiyevin ailəsinin bankı bağlanır: Pul yoxdur


Azərbaycandakı banklar 2022-ci il üzrə (yanvar-dekabr) maliyyə göstəricilərini açıqlayıblar. 
 
2022-ci il 26 bankdan 24-ü xalis mənfəət, 2-si xalis zərərlə başa vurub. "Bank BTB"nin xalis zərəri ehtiyat yaratması ilə əlaqədardır. Bank ötən il əməliyyat mənfəəti təmin edə bilib. Pakistan Milli Bankı Bakı filialının lisenziyası isə 2022-ci ilin oktyabr ayında ləğv edilib.
 
Mərkəzi Bankın məlumatına görə, 2022-ci ildə banklar 1 milyard 371.4 milyon manat məbləğində əməliyyat mənfəəti, 914.5 milyon manat məbləğində xalis mənfəət əldə ediblər. 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə bankların əməliyyat və xalis mənfəətləri müvafiq olaraq 45% və 50% artıb. Banklar tərəfindən 2022-ci il ərzində 261.5  milyon manat məbləğində mənfəət vergisi ödənilib.
 
Maraqlıdır, xalis zərər edən bankların bağlanma təhlükəsi varmı?
 
Cebhe.info-ya açıqlamasında bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, bank minimum kapital tələbinə riayət etməyə davam edirsə, zərərlə işləməsi onun bağlanmasına səbəb olmur:
 
"Bank rəhbərliyi özləri istəsə, bağlaya bilərlər. Belə bir misal çəkim. Deyək ki, bankın özünün 70 milyonu var, xalis zərəri də 10 milyondur. Deməli, banka 60 milyon qalır, minimum kapital tələbi isə 50 milyondur. Deməli, bu da bağlanmaya səbəb olmur. Bank səhmdarları əlavə pul qoysalar, yenə də problem yaranmaz. Yəni xalis zərər kapital tələbindən çox olarsa, bank bağlana bilər. Sadəcə hamımız bilirik ki, "BTB Bank"ı Ramiz Mehdiyevin ailəsinə bağlayırlar. Buna görə ola bilər ki, səhmdarlar banka pul qoymasın. Yəni bu cəhətdən bankın bağlanmasını da istisna etməyək. Onsuz elə də böyük bank deyil"./pravda.az/

26-01-2023, 17:10 161

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041