Deputat tənqid etdi: "Bakıdan Sumqayıta qədər sarı zolaqlar qoyublar. Bəs bu sürücülər nə etsin? Belə şeylər yaramaz "


“Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin ləğv edilərək Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyinə verilməsi, şübhəsiz ki, bürokratiyanı azaldar, idarəetmə sahəsində asanlıq yaradar. Amma bunun keyfiyyət effekti nə olacaq, bilmirəm. O qədər ümidimiz qırılıb ki. Bir neçə gün öncə deputat yoldaşlarla rayona gedərkən bu məsələni müzakirə etdik. Təsəvvür edin, Bakıdan bir qədər aralandıqdan sonra elə bilirsən ki, zəlzələ olub - yollar dalğavari şəkildə, maşınlar atılıb-düşür... Bundan başqa, asfaltda ayırıcı zolaqların - nişanlanma xətlərinin çoxu yoxdur. Məsələn, az qala Bakıdan Sumqayıta qədər sarı zolaqlar qoyublar. Bəs bu sürücülər maşını harada saxlasınlar? Dərhal da cərimə edirlər. Belə şeylər yaramaz...” 
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Kərimli deyib. 
 
Deputat bildirib ki, təkliflər verirsən, bəzən yeni orqanlar, təşkilatlar, xidmətlər yaradılır: “Amma görürsən, heç nə dəyişmir ki dəyişmir. Məsələn, əvvəl bir Səhiyyə Nazirliyi var idi, indi bu sahədə fəaliyyət göstərən bir neçə qurum var. TƏBİB, İcbari Tibbi Sığorta... Bəs nə qazanılır? Mənə verilən məlumata görə, Travmotologiya İnstitutu Səhiyyə Nazirliyinin tabeliyindədir, amma təchizat işinə TƏBİB baxır. TƏBİB də “vəsaitim yoxdur”, “imkanım yoxdur” deyir. O boyda Travmotologiya İnstitutunun təchizatı zəif vəziyyətdə ortada qalıb. Belə olanda kim ziyan çəkir? Əhali! Tibbi xidmətin də səviyyəsi aşağı olur və sair... Ona görə də parçalanmaların aradan qalxmasını istərdim. Elə səhiyyə sistemində də vahid orqanın yaradılmasını tələb edirəm. Millət bu parçalanmalardan bezib. Əlbəttə, bu nöqteyi-nəzərdən nəqliyyat infrastrukturunun da birləşdirilməsi vacib məsələdir. Amma çox ciddi kadr təminatı, məsuliyyətli, həyatını bu sahəyə həsr edən insanlar lazımdır. Düşünürəm, bu istiqamətdə addımlar atılsa, bəlkə, effekt verər”. 
 
T.Kərimli hesab edir ki, camaat çox incik salınır:  “Bunu qurtarmaq lazımdır. Elə bir sistem seçilməlidir ki, həyatın bütün sahələrini əhatə etsin, vətəndaşlarda məmnunluq olsun, vətəndaş az əziyyət çəksin. Məsələ təkcə yol qaydaları deyil, həyat şəraitini yaxşılaşdırmalıyıq. Ay bahalıq, inflyasiya yaransın, vətəndaşa iş yeri olmasın, xəstəsini müalicə etdirə, övladını evləndirə bilməsin. Axı bu insanların içində nə qədər əsəbilik yaranır, əsəbilikdən də cürbəcür xəstəliklər törəyir. Bütün bunların sırasında yolların da bərbadlığı məni narahat edir. Vaxtilə bu yolların çəkilməsi üçün milyonlar qoyulub. Doğrudur, müəyyən qədər müstəqilliyin ilk illərinə nisbətən indi yollar yaxşıdır, rahat gedilib-gəlinir. Amma yenə də ciddi şəkildə heç olmasa yolların təmiri ilə məşğul olunmalı, infrastruktur doğru-düzgün tərtib edilməlidir. Asfalt zolaqlarının keyfiyyətli çəkilməsi də çox vacib məsələdir...” 
Aytəkin Qardaşova 

21-04-2023, 18:29 117

Digər xəbərlər

Sumqayıtlı iş adamı aeroportda narkotiklə saxlanıldı

Sumqayıtda təkər emalı zavodunun fəaliyyəti dayandırılıb - FOTO - VİDEO

Sumqayıtda “Hyundai” ilə “BMW” toqquşdu

Premyer Liqada mövsümün rekordu qeydə alındı — Sumqayıt bu turda parladı

Sabah Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Saray Bağları sakinləri 10–15 ildir kanalizasiya problemindən qurtula bilmirlər – FOTO

Sumqayıt yolunda və paytaxtın bir sıra küçələrində sıxlıq yaranıb

Deputat: "Zəngilanın azad edilməsi - Zəfər tariximizin qızıl səhifəsidir"

Azərbaycanın Müstəqillik Günündə İzmir şəhərində anlamlı ziyarət

Milli Məclisin deputatı Səbinə Salmanova növbəti vətəndaş qəbulu keçirib - FOTO

Sumqayıtda 129 nəfər narkotik asılılığına qarşı əvəzedici müalicə proqramına cəlb olunub

Qərbi Azərbaycan gəncləri Sumqayıtda “Müstəqilliyə Gedən Yol” seminarında iştirak ediblər - Foto

Sumqayıtda yıxılaraq başı daşa dəyən kişi öldü

Sumqayıtda 10-cu mikrorayonda antisanitar vəziyyət — İy qoxudan pəncərə açmaq mümkün deyil

Sumqayıtlı Ömər Rəcəbli Peruda bürünc medal qazandı

Şəhid ailələri Naxçıvan şəhidlərini ziyarət edib - FOTO

Sumqayıt və Abşeron üzrə pensiyalar ödənilib

Rusiya AZAL-la bağlı həqiqətləri bu səbəbdən indi qəbul etdi

Sumqayıtda silah-sursat aşkarlanıb

Sarayda 4 avtomobil toqquşdu — Polisin faciəvi ölümü - FOTO

1 2 3 4 5 6 7 8 9 10 ... 972
Bu gün, 11:03
Bu gün, 10:51
Dünən, 23:57
Dünən, 21:42
Dünən, 17:51
Dünən, 12:16
Dünən, 08:24
19-10-2025, 18:11
18-10-2025, 20:00
18-10-2025, 19:01
18-10-2025, 09:07
18-10-2025, 08:36
17-10-2025, 11:56
13-10-2025, 18:30
13-10-2025, 11:05
10-10-2025, 15:18
10-10-2025, 12:45
10-10-2025, 10:21
10-10-2025, 10:16
10-10-2025, 08:35
10-10-2025, 00:40
9-10-2025, 19:53
9-10-2025, 19:35
9-10-2025, 18:55
9-10-2025, 18:44
9-10-2025, 16:10
9-10-2025, 11:17
9-10-2025, 11:09
9-10-2025, 11:01
9-10-2025, 10:20
8-10-2025, 12:58
8-10-2025, 12:54
8-10-2025, 12:39
8-10-2025, 11:20
7-10-2025, 23:40
7-10-2025, 22:29
7-10-2025, 22:06
7-10-2025, 14:09
7-10-2025, 14:05
7-10-2025, 13:48
1 2 3 4 5 6 7 8 9 10 ... 972