Sosial şəbəklərdə söyüş yazanlar cərimə oluna bilər


Sosial şəbəkələrdə digər istifadəçilərə təhqiredici şərh və ismarıclar yazanlar artıq cəzalandırıla bilər. Milli Məclisdə rəqəmsal aləmdə insanların hüquqlarının qorunması üçün xüsusi qanun layihəsi hazırlanır.

Milli Məclisin deputatı Elşad Mirbəşir Trend-in suallarına cavabında bildirib ki, BMT-nin İnsan Hüquqları Komitəsinin yanaşmasına görə internet və kiber məkanda söz və fikir azadlığı olmalıdır. Bu halda insan hüquq və azadlıqları haqqında beynəlxalq paktın 19-cu maddəsinin ikinci bəndinə istinad olunur. Həmin bənddə göstərilir ki, insanlar adi həyatda öz fikirlərini, düşüncələrini sərbəst bölüşmək hüququna malikdirlərsə, virtual həyatda da həmin hüquqlara malik olmalıdırlar.
"Bu zaman həmin beynəlxalq paktın 9-cu maddəsinin üçüncü bəndinə də istinad etmək lazımdır. Biz öz davranışlarımıza, fikrilərimizə görə adi həyatda məsuliyyət daşıyırıqsa, virtualda yazdıqlarımıza görə də məsuliyyət daşımalıyıq. Şəxs internetdə öz ideyalarını, fikirlərini, baxışını paylaşırsa, bu heç bir halda başqa bir insanın hüquqlarının pozulması hesabına olmamalıdır.
Əgər mən başqa bir insanın hüquqlarını pozuramsa, buna görə məsuliyyət daşıyıram. Məsələn kiberməkanda hüquqların qorunması vacib məsələdir. Bir müəllif öz hansısa əsərini internetdə paylaşırsa, digərləri onun müəlliflik hüquqlarını qorumadan, istinad etmədən istifadə edirsə, onun hüquqlarının qorunmasının hüquqi normativ əsasları olmalıdır. Dünyanın bir çox təşkilatlarında belə bir yanaşma var ki, bütün dünya dövlətləri üçün işlək olacaq normativ hüquqi baza olmalıdır. Bu da kiberməkanda insan hüquqlarının qorunmasına imkan versin. Bu zaman əsas iki istiqamət nəzərdə tutulur. Birincisi intenet məkanında insanın şərəf və ləyaqətinin alçaldan, peşəkar nüfuzuna xələl gətirən hallara görə məsuliyyət nəzərdə tutulsun. İkincisi isə kiberməkanda da dövlət, milli təhlükəsizliyə xələl gətirəcək məqamların qarşısı alınsın", - o bildirib.

25-01-2022, 16:14 149

Digər xəbərlər

Bu gün Azərbaycanda hava dəyişkəndir – yağış və külək gözlənilir

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 08:00
Dünən, 16:31
18-04-2026, 16:41
18-04-2026, 16:37
18-04-2026, 16:32
18-04-2026, 16:27
18-04-2026, 15:28
18-04-2026, 14:36
18-04-2026, 13:47
18-04-2026, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
1 2 3 4 5 6 7 8 9 10 ... 1041