Azərbaycanın ən gözəl 7 şəlaləsi


Unikal coğrafi əraziyə malik Azərbaycanın dağlıq bölgələrində bir-birinin təkrarı olmayan şəlalələr mövcuddur. Böyük Qafqazın ən əzəmətli dağlarından biri – Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycanda çoxlu şəlalə olsa da, onlardan daha çox tanınanlarını seçdik.

Sumqayit.tv Seyyah.az-a istinadla Azərbaycanın ən gözəl 7 şəlaləsini təqdim edir:


1. Laza, Qusar

Şəlalə Qusarın Laza kəndinin adı ilə bağlıdır. Kənd Qafqaz sıra dağlarının şimal-şərqində, dəniz səviyyəsindən 4242 m hündürlükdə yerləşən Şahdağ yüksəkliyinin “Şah yaylaq” dağının ətəyində yerləşir. İnsanları bura ən çox cəlb edən əsasən kənddəki şəlalədir.

2. Afurca, Quba

Şəlalə Quba rayonu ərazisində, Vəlvələçay üzərində yerləşir. Bu şəlalə Azərbaycanın təbiət abidələrinin siyahısına daxil edilib və dövlət tərəfindən mühafizə olunur.

3. Muçuq, Qəbələ

Şəlalə Qəbələnin Laza kəndi yaxınlığında yerləşir və Dəmiraparan çayına tökülür. Şəlalənin hündürlüyü 96 metrdir. Muçuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.

4. Yeddi gözəl, Qəbələ

Yeddi gözəl şəlaləsi Qəbələnin Vəndam qəsəbəsindədir. Qəsəbəyə çatdıqdan sonra Yeddi gözəl şəlaləsinə 4 kilometr yol getmək lazım gəlir. Payızın sonu, qışda və yazın əvvəlləri şəlalənin ətrafı buzla örtülü olduğundan şəlaləyə qalxmaq olmur.

5. Təkdam, Yardımlı

Masallı-Yardımlı yolunun 25-ci km-də yerləşir. Yardımlının vizit kartı sayılan, 34 metr hündürlükdən tökülən şəlalə iki mərtəbəlidir. Ən üstünə qədər çıxmaq üçün hündür pilləkənlər qoyulub. SSRİ vaxtı bu dağlıq-meşəlik ərazidəki tək gözətçi daxması şəlalənin yanında salındığı üçün buranı “tək dam” deyə çağırıblar.

6. İlisu, Qax

Şəlalə rayonun hündür ərazisində yerləşir və ona çatmaq üçün azı yarım saatlıq yolu piyada qət etmək lazım gəlir. Hündürlüyə qalxmağı bacarmayanlar üçün nəqliyyat vasitələri fəaliyyət göstərir. Şəlalənin hündürlüyü təxminən 25 metrdir.

7. Katexçay, Balakən

Şəlalə Katexçayın yuxarı axarlarında yerləşir. Şəlalənin yerləşdiyi məkan Zaqatala Qoruğunun ərazisinə düşür. Hündürlüyü 18-20 metrdir. Bu, Azərbaycanın ən bolsulu şəlaləsidir. Şəlaləyə 500 metrlik çətin yolu keçməklə getmək olar. Yolun ən çətin hissəsi isə şəlalə göründükdən sonra başlayır. Yəni dolanbaclı və uçurumlu cığırlarla aşağı enmək çox çətindir.

7-08-2022, 11:22 971

Digər xəbərlər

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

SANKON Azərbaycan nümayəndəliyində yeni təyinat olub

Sumqayıt təhsil göstəricilərinə görə bir çox rayonları geridə qoyub-Siyahı

Sumqayıtda kanalizasiya daşıb, küçələri və evləri su basıb - VİDEO

Rusiya səfirini niyə Moskvaya çağırdı? – Ermənistanın Aİ kursuna sərt mesaj - VİDEO

Rusiya Ermənistandakı səfirini geri çağırdı

Sumqayıtda yaşayış kompleksində yanğın baş verib – FHN hadisə yerində olub - VİDEO

Sumqayıtda sakinlər işıq problemindən şikayətçidir: “Bir yağış yağır, ərazi qaranlığa qərq olur” - ŞİKAYƏT

Sumqayıtda yük maşınları toqquşdu – xəsarət alanlar var - VİDEO

Ukraynanada soydaşlarımıza Qurban bayramı sovqatı paylanılıb - FOTO

Sumqayıtda külli miqdarda qanunsuz dərman vasitələri aşkarlanıb

"Sumqayıt" klubu bu futbolçularla yollarını ayırıb

Prezidentlə görüşən sakin: “Sumqayıtda yaşayırdıq” - VİDEO

Azərbaycan Yəhudi Media Mərkəzi Azərbaycan xalqını 28 May - Azərbaycanın Müstəqillik Günü münasibətilə təbrik edib

Prezident İlham Əliyevdən 28 May paylaşımı

İzmir Azərbaycan Kültür ve Dayanışma Dərnəyi 28 May – Azərbaycanın Müstəqillik Günü münasibətilə tədbir keçirib - VİDEO/FOTO

28 May – Bir millətin qüruru, bir dövlətin əbədi imzasi

Qurban Bayramı birlik, mərhəmət və paylaşma bayramıdır

Prezident Azər Tağıyevi Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə hakim təyin etdi

Sumqayıtlı şagird buraxılış imtahanında maksimum nəticə göstərib

1 2 3 4 5 6 7 8 9 10 ... 1059
Bu gün, 18:24
Bu gün, 18:20
Bu gün, 15:01
Bu gün, 11:17
Bu gün, 11:05
Bu gün, 10:40
Bu gün, 07:41
Dünən, 22:31
Dünən, 21:20
Dünən, 20:30
Dünən, 12:19
Dünən, 10:17
Dünən, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
26-05-2026, 17:29
26-05-2026, 16:43
26-05-2026, 16:00
26-05-2026, 15:53
26-05-2026, 15:45
26-05-2026, 14:40
26-05-2026, 14:00
26-05-2026, 12:59
26-05-2026, 12:57
26-05-2026, 12:54
26-05-2026, 12:52
26-05-2026, 12:10
26-05-2026, 11:57
26-05-2026, 11:22
26-05-2026, 10:18
25-05-2026, 21:14
25-05-2026, 21:09
25-05-2026, 21:06
25-05-2026, 21:01
1 2 3 4 5 6 7 8 9 10 ... 1059