Ermənistanın sabiq prezidentləri arasında QALMAQAL



Artıq 30 ildən çoxdur ki, hədəfə alınmalar mənim üçün adi hadisədir”. Bunu Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan ötən günlərdə jurnalistlərin sualını cavablandırarkən deyib.  
Sualı isə Sarkisyan təkcə Paşinyan kabineti yox, həm də müxalifət dairələrindən öz ünvanına səslənən tənqidlərə aid edib. Bu baxımdan Sarkisyanın cavabı diqqət çəkir. “Ənənəvi olaraq azərbaycanlılar bunu etməyə başladılar, sonra 1990-cı illərin ortalarında yerlilər də onlara qoşuldular və indi heç nə dəyişməyib. Həmin xora yeni tembrli yeni səslər qoşulub. Bilmirəm, onlar özlərini müxalifət saymaqla, Ermənistanın idarəçilərinin dəyirmanına su tökdüklərinin fərqindədirlərmi? Eyni şey ayrıca xüsusiyyətlərlə Ermənistan Respublikaçılar Partiyasına da aiddir”, - deyə Sarkisyan qeyd edib. 
Burada diqqət çəkən məqam odur ki, müxtəlif formatlarda siyasi meydanda olan Robert Köçəryanın tərəfdarları ən çox və müntəzəm olaraq Serj Sarkisyanı tənqid edirlər. Onlar açıq şəkildə Serj Sarkisyanı “Nikol Paşinyanı hakimiyyətə gətirmək”də ittiham edirlər. Bu vəziyyəti nəzərə alsaq, əslində belə çıxır ki, Serj Sarkisyan Robert Köçəryanın tərəfdarlarını ona qarşı ittihamlarla “hakimiyyətin dəyirmanına su tökməməyə” çağırır.
Başqa sözlə, Köçəryanın tərəfdarları Sarkisyanı 2018-ci ili “planlaşdırmaq”da ittiham edirlərsə, Sarkisyan Köçəryana və onun ətrafına eyham vurur ki, bu gün onlar Nikol Paşinyanın hakimiyyətini saxlayırlar, həmin hakimiyyətin mövqelərinin qorunub saxlanmasına töhfə verirlər.
Üstəlik, Sarkisyan Ermənistan Respublikaçılar Partiyasına da nəsihətini bəlkə də bu məqsədlə “ünvanlayır” ki, Robert Köçəryana və onun ətrafına qarşı hədəfə almanı müəyyən dərəcədə “ört-basdır” etsin, eyni şeyi öz ətrafına, yəni Ermənistan Respublikaçılar Partiyasının üzvlərinə də bildirdiyini göstərsin. Praktikada iki keçmiş erməni prezident arasında bu qarşıdurma təkcə müharibədən sonrakı dövrdə, təkcə 2018-ci ildən sonrakı dövrdə yox, ondan əvvəlki illərdə də yeni deyil.
Burada məsələ, problem, fenomen ümumiyyətlə fərdlər müstəvisində deyil, sadəcə olaraq keçmiş prezidentlərin mürəkkəb münasibətləri, ən azından təxminən 20 il ərzində Ermənistanın tarixi və siyasi trayektoriyası üçün mühüm əhəmiyyət kəsb edən sistemli hadisələr sahəsindədir.
2018-ci ildən sonra bir qədər fərqli “status”da və başqa məntiqdə olsa da, bu sistemli hadisələr bu günə qədər davam edir və Ermənistanın həm daxili reallıqlarına, həm də xarici şəraitinə öz təsirini göstərməkdədir./ordu.az/

30-11-2023, 11:30 196

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102