"Əlvida, "Artsax", salam, Qarabağ!.."



"35 illik eyforiyadan sonra erməni cəmiyyətinin ayılması Qarabağ münaqişəsinin başlıca nəticəsidir, erməni milləti öz imkanlarının həddini anlayıb, xəyallara dalaraq göydə dolandıqdan sonra yerə enib..."
 
"Əksəriyyətinin Qarabağda yaşamadığı Qarabağ fəallarının səsləndirdikləri bütün iddialar böyük mənada çürük qoza da dəyməyib..."
 
"Bakının revanşı zaman məsələsi olub, Azərbaycan 26 ildən sonra məğlubiyyət ləkəsini silərək Ermənistanı darmadağın edib..."
 
Bu gün internet "Artsax bitdi" sözlərilə doludur. İnanmaq istəyirik ki, tanınmayan "respublika"nın özünü buraxması 35 illik tarixçənin sonudur, axı, nə qədər qanlar tökülüb və göz yaşları axıdılıb...
 
Sumqayit.tv xəbər verir ki, bu barədə "bloknot.ru" nəşrində dərc edilən müəllif yazısında deyilir.
 
Lakin çoxsaylı müzakirələrdə başlıca məsələyə toxunulmur-bütün bunlar nəyin naminə olub? Faktların, sadəcə, sadalanması baş verir - "etnik iğtişaşlar", qaçqınılar, döyüş əməliyyatları, danışıqlar və s". 
 
Nədən, niyə, nəyə görə və başlıca "Kimdir günahkar?" rus sualı verilmir. Daha doğrusu, heç nə izah etmədən Qafqaz bürosunun, Zaqafqaziya diyar komitəsinin 20-ci illərdəki qərarlarından yazılır.
 
Yenidənqurmadan əvvəl Dağlıq Qarabağda on minlərlə qətlə yetirilə biləcək və milyonlarla qaçqın bahasına başa gələ biləcək heç bir problem mövcud olmayıb. 
 
Əksəriyyətinin Qarabağda yaşamadığı (Zori Balayandan tutmuş İqor Muradyana, Levon Ter-Petrosyana, Vazgen Manukyanadək) Qarabağ fəallarının səsləndirdikləri bütün iddialar, qədim kilsələrin boşalması və s. böyük mənada çürük qoza da dəyməyib. 
 
Üstəlik, müharibənin başlanmasına da dəyməyib. Onlar milləti nəyə sürüklədiyini anlaya bilməyib. Hətta tamamilə sadəlövh insanlar da gözəl anlayıb ki, Azərbaycan heç vaxt Dağlıq Qarabağın Ermənistanın tərkibinə veriləcəyi ilə razılaşmayacaq, məsələnin güc yolu ilə həlli isə müharibəni labüd edəcək.
 
Belə də olub. Lakin erməni fəalları belə qərara gəlib ki, yüz minlərlə azərbaycanlıların Ermənistandan, Dağlıq Qarabağ və onun ətrafında yerləşən rayonlardan qovulması, bunun ardınca təbii olaraq yüz minlərlə erməninin Bakı, Sumqayıt, Gəncəni tərk etməsi "Artsax"ın "müstəqillliyi" haqqında bəyannaməyə dəyər. 
 
Həm də Qarabağın Azərbaycandan güclə, qan tökməklə ayrılması, sadə azərbaycanlıların isə bu xəbəri sevinclə qarşılaması və erməni qonşularını göz yaşları ilə bağrına basması kimi vəziyyət mümkün ola bilməzdi.
 
Yəni insanlar şüurlu şəkildə müharibənin xeyrinə seçim edib. Stepanakertdə partiya işində çalışan Ermənistanın gələcək prezidentləri Robert Köçəryan və Serj Sarkisyan opportunistcəsinə Qarabağ hərəkatına qoşuldular, çünki anlayırdılar ki, əks halda onların siyasi karyerasına son qoyulacaq.
 
Amma kütlənin, mitinq ehtiraslarının əleyhinə də çıxa bilər, öz həmvətənlərini ağıl-kamala çağıra da bilərdilər. Amma bunu etmədilər. Qeyd edək ki, muxtar vilayətin bütün rəhbərliyi etnik ermənilərdən ibarət olub, Köçəryanın özünün karyerasını necə qurması barədə xatirələrində kimsənin erməni kimi ona mane olmasına eyham belə yoxdur.
 
Bu zaman Gürcüstanın Cavaxetiya rayonunda əhalinin 90 faizini təşkil edən ermənilərin heç bir muxtariyyəti olmayıb. Gürcüstanın cənub-şərqində yaşayan əhalinin əksəriyyətini təşkil edən azərbaycanlılar da üsyan etməyib. Muxtariyyəti olmayan kürdlər, talışlar, tatlar, ləzgilər də üsyan etməyib.
 
Qarabağ erməniləri və ümumiyyətlə ermənilər ilk olaraq vahid dövlətin parçalanmayacağında maraqlı olmalı idi. Yalnız çoxmillətli ölkədə həm çar Rusiyası, həm də SSRİ dönəmində onların təhlükəsiz yaşamasını təmin etmək mümkün olub.
 
Lakin paradoksal olaraq məhz onlar ilk olaraq birliyi pozmağa, dövlətçiliyi laxlatmağa başlayıb, bu zaman bununla ruslar və azərbaycanlılara deyil, özlərinə quyu qazdıqlarını anlamayıb. Zaqafqaziya kimi büsbütün bir xalqın yaşadığı zonanı seçməyin çətin olduğu, hamının qarışıq şəkildə yaşadığı regionda milli respublikalar yaratmaq cəfəngiyyat olub.
 
1917-ci ilədək Tiflisdə əksəriyyət ermənilər, İrəvanda əksəriyyət azərbaycanlılar yaşayıb. Hətta Stalin bunu anlayıb, ona görə də əvvəlcə Zaqafqaziyanın üç respublikasını birləşdirən ZSFSR mövcud olub. 
 
Yalnız SSRİ birliyi təsdiq ediləndən və heç kimin bunu şübhə altına almadığından sonra Stalin 1936-cı ildə Bakı, İrəvan və Tiflisə bir-birindən müstəqillik bəxş edib, həmçinin Qazaxıstan və Qırğızıstanı muxtar statusdan müttəfiq respublika statusunadək yüksəldib.
 
Buna uyğun olaraq 1988-ci ilədək Dağlıq Qarabağda heç kim kimsəni doğramayıb və qətlə yetirməyib, çünki mərkəzi hakimiyyət möhkəm olub. Qorbaçov dəqiq siyasət yeritməkdən imtina etdikdən və hər şeyi öz axınına buraxdıqdan sonra, "bir-birinizi doğrayın, mən də bundan yararlanım" fikrinə qərq olanda, məhz o zaman regionun uçuruma yuvarlanması başlayıb.
 
Bir-birinin ardınca müharibələr başlayıb. Birinci Qarabağ savaşında ermənilər qalib gəlib, onlar sıx birləşib, diaspordan yardım alıb, arxalarında Qərb, xüsusilə Amerika və Fransa dayanıb.
 
Azərbaycanlılar parçalanmış, ruhdan düşmüş vəziyyətdə olub, dünyada türklərdən başqa heç kim onlara dəstək verməyib. ABŞ isə Bakıya qarşı birbaşa sanksiyalar tətbiq edib, hərçənd, bütün formal əlamətlərə görə Azərbaycan zərərçəkən olub.
 
Lakin 1994-cü ildəki qələbə nəticəsində ermənilər əldə saxlaya biləcəklərindən daha çoxunu götürüb. Bakının revanşı zaman məsələsi olub.
 
Əhalisi, ərazisi, iqtisadiyyatı ermənilərdən üç dəfə çox olan Azərbaycan uzun çəkən oyun oynayıb, ordusunu hazırlayıb, diplomatik cəhətdən özünü möhkəmləndirib, daxildə birlik yaradıb.
 
Millət itirilənləri geri qaytarmaq, məğlubiyyət rüsvayçılığını silmək şüarı ətrafında sıx birləşib. Və 26 ildən sonra bunu silib, 44 günlük savaşda Ermənistanı darmadağın edib.
 
2020-ci ildən sonra İrəvanın öz simasını xilas etməsi üçün şansları olub, lakin Nikol Paşinyan atəşkəs haqqında sazişin həlledici tələbindən, Azərbaycanla Naxşıvan arasında Zəngəzurdan keçən nəqliyyat dəhlizini açmaqdan qəti şəkildə imtina edib.
 
Yəni 10 noyabr 2020-ci il sənədini Kiyevdə heç kimin icra etmək niyyəti olmayan Minsk razlaşmalarının taleyi gözləyib. Azərbaycan üçün gözəl fürsət yaranıb, sən dəhliz öhdəliyini icra etmirsən, o zaman biz də "Dağlıq Qarabağ'" layihəsinə nəzərdə tutulmuş beş ildən erkən son veririk.
 
"Erməni xalqının çoxillik arzusu" olan "Artsax"ın məğlubiyyətinə görə Paşinyanı ciddi günahlandıran yoxdur. 
 
Ermənilər 2020-ci ildən sonra Qarabağdan əl çəkib, anlayıb ki, öz gücü ilə onu əldə saxlaya bilməyəcək, Rusiya və Qərb isə onların əvəzinə döyüşməyəcək. 
 
35 illik eyforiyadan sonra erməni cəmiyyətinin ayılması Qarabağ münaqişəsinin başlıca nəticəsidir. Millət öz imkanlarının həddini anlayıb. Xəyallara dalaraq göylərdə dolandıqdan sonra yerə enib.
 
Müəllif: Maksim Artemyev

4-10-2023, 13:00 141

Digər xəbərlər

Bakı-Sumqayıt qatarlarının müvəqqəti ləğv edilmiş reysləri bərpa olunur

Zakir Fərəcov Şəhər Günündəsəyyar qəbul keçirdi – FOTO

Sumqayıt Məhkəməsi avtоmоbilini təmir edən ustanı döyən şəxsin cəzasını azaltdı

50 milyonluq qızıl QALMAQALI: azərbaycanlı iş adamı AXTARILIR

DYP-dən sürücülərə MÜRACİƏT

Şahlar Əsgərovdan Ramiz Mehdiyevə ŞOK İTTİHAMLAR - Sirləri açdı!

Sələmçi qadını və onun ərini öldürən ömürlük məhkumla bağlı QƏRAR

"Sumqayıt" doğma meydanda "Şamaxı"ya qarşı itkilərlə çıxacaq

Sumqayıtda ər arvadını döydü

"Mehdi Hüseynzadə”də keçiriləcək tədbirin planı bəllidi – azarkeşlər meydanda yarışacaq

Sumqayıtda yataqxanada qadınlar arasında dava - TƏFƏRRÜAT

"Sənətçiyə elə pul verməlidir ki, evə ət alacağını düşünməsin" - Məşhur aktyor

*Bakıda yeni universitet korpusu və yaşayış binaları layihələrinin ekoloji qiymətləndirilməsi aparılıb*

Merkelin xatirələri: Rusiya, NATO və Ukrayna mübahisələri üzə çıxdı- SENSASİYA

Ərdoğandan xəbərdarlıq: “Putin buna sərt cavab verə bilər”

Türkiyədən ABŞ-a çağırış: “Siz qoşunlarınızı geri çəkin, biz də...”

Deputatın “Zəngimcell”i: “Balansınız bitmişdir…”

Müqayis Verdiyev yenidən məhkəmə qarşısında

Pensiya ödənişi niyə gecikir? – Nazirlikdən açıqlama

Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib

1 2 3 4 5 6 7 8 9 10 ... 903
Dünən, 18:05
Dünən, 17:37
Dünən, 12:39
Dünən, 12:32
Dünən, 11:50
Dünən, 11:41
Dünən, 11:34
Dünən, 11:31
Dünən, 10:24
Dünən, 10:10
Dünən, 10:00
Dünən, 09:00
21-11-2024, 19:29
21-11-2024, 11:07
21-11-2024, 10:53
21-11-2024, 10:46
21-11-2024, 10:16
21-11-2024, 10:01
21-11-2024, 09:09
20-11-2024, 19:47
20-11-2024, 19:24
20-11-2024, 16:08
20-11-2024, 15:29
20-11-2024, 15:25
20-11-2024, 15:23
20-11-2024, 15:20
20-11-2024, 15:14
20-11-2024, 15:12
20-11-2024, 15:08
20-11-2024, 15:04
20-11-2024, 15:00
20-11-2024, 14:58
18-11-2024, 09:09
18-11-2024, 09:02
15-11-2024, 19:20
15-11-2024, 14:16
15-11-2024, 14:08
15-11-2024, 14:01
15-11-2024, 13:59
15-11-2024, 13:53
1 2 3 4 5 6 7 8 9 10 ... 903