Sumqayıt Sənaye Parkı regionlarda investisiya artımında xüsusi paya sahibdir

 

1 milyard 129 milyon manatlıq yeni investisiya paketində Sumqayıt Sənaye Parkı Bakı-Abşeron üzrə ayrıca kateqoriyada göstərildi.

Sumqayit.tv xəbər verir ki, Azərbaycanın regionlarında yerləşən sənaye zonalarında həyata keçirilən layihələrə əlavə 1 milyard 129 milyon manat investisiyanın qoyulması planlaşdırılır.

Bu barədə iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Milli Məclisin bugünkü plenar iclasında 2026-cı ilin dövlət büdcəsi zərfinə daxil olan Vergi Məcəlləsinə və digər qanunlara təklif edilən dəyişikliklərin müzakirəsi zamanı məlumat verib.

Nazir müavini bildirib ki, Biznesin İnkişafı Fondu vasitəsilə bu ilin 10 ayında ümumilikdə 290 milyon manat kredit vəsaiti ayrılıb. Bu məbləğin 66 %-i (təxminən 193 milyon manat) Bakı və Abşeron istisna olmaqla regionlara yönəldilib. Ümumilikdə 5 800 regional layihə maliyyələşdirilib və onların dəyəri 655 milyon manat təşkil edir. Layihələrin 89 %-i mikro, kiçik və orta sahibkarlara aiddir.

Elnur Əliyev vurğulayıb ki, statistikada Bakı-Abşeron iqtisadi zonası üzrə yalnız iki sənaye ərazisi – Sumqayıt Sənaye Parkı və Balaxanı Sənaye Zonası – ayrıca kateqoriyada göstərilir. Digər regionlardakı sənaye zonalarına isə ümumilikdə 80 milyon manat investisiya qoyulub.


21-11-2025, 16:35 126

Digər xəbərlər

Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlərin anım günüdür

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Bu gün, 11:53
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
1 2 3 4 5 6 7 8 9 10 ... 1060