Sumqayıtlı jurnalist şəhid məzarının fotosunu paylaşdı — Səfiri dərhal reaksiya verdi - FOTO

 

Türkiyədə yaşayan azərbaycanlı jurnalist Nigar Ögeday, X sosial şəbəkəsində bir izləyicisinin ona Göyçay rayonunun Yekəxana kəndindən göndərdiyi şəhid məzarının fotosunu paylaşaraq həm Azərbaycan, həm də Türkiyədən rəsmi şəxsləri etiketləyib.

Sumqayit.tv-in məlumatına görə, jurnalist paylaşımında bildirib ki, 1918-ci ildə təkcə Bakı deyil, Azərbaycanın demək olar ki, bütün bölgələri ermənilərin vəhşi qətliamlarına məruz qalmışdı. O dönəmdə Osmanlı ordusu Azərbaycan xalqının imdadına yetişərək ölkəni işğaldan xilas etmişdi. Ögedayın sözlərinə görə, “bu gün içimizdəki türk düşmənlərinin Türkiyəyə nifrətinin səbəbi də məhz tarixin bu həqiqətləridir.”

Ögeday qeyd edib ki, şəkli ona Instagram üzərindən bir dostu göndərib və foto Göyçay rayonunun Yekəxana kəndində çəkilib. Bu kənddə də 1918-ci ildə ermənilər xüsusilə türk kəndlərini hədəf alaraq ağır qətliamlar törətmişdilər. Yekəxana həmin faciənin yaşandığı məkanlardan biridir.

Paylaşımda yer alan məzarın Qafqaz İslam Ordusunun bir əsgərinə aid olduğu bildirilir. Kənd sakinlərinin sözlərinə görə, burada üç Osmanlı əsgərinin məzarı var. Yerli əhali bu məzarları Sovet dönəmində belə qoruyub, rusların dağıtmasına imkan verməyib — şəhidlərə sanki öz ailə üzvləri kimi sahib çıxıblar.

Jurnalist vurğulayıb ki, artıq bu məzarların daha ciddi şəkildə qorunmasına ehtiyac var:
“Məzarlıqların təmizlənməsi, abadlaşdırılması və bir anıta çevrilməsi vacibdir. Çünki bu məzarlar bizə həm tarixi, həm də milli yaddaşı xatırladan işıqdır.”

Nigar Ögeday yaxın günlərdə Türkiyədən mühüm bir heyətlə Azərbaycana səfər edəcəyini, müxtəlif görüşlərdə bu məsələni qaldırmağa çalışacağını bildirib. Lakin onun sözlərinə görə, 15 dekabradək — səfərindən əvvəl — bu işlə məşğul olacaq şəxslərin tapılmasına ümid edir.

O, Azərbaycanın bütün bölgələrində belə məzarların araşdırılıb tapılmasını və hər birinin ziyarət olunacaq anıt halına gətirilməsini vacib saydığını qeyd edib.

Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün dərhal reaksiya verdi

Paylaşımın ardından Türkiyənin Bakıdakı səfiri Birol Akgün dərhal cavab verərək yazıb:

“Səbirli olun, Nigar xanım. Məsələni dərhal nəzarətə götürürük. Bu foto, bu həftə bizə çatan ikinci şəhid məzarı məlumatıdır. Bütün ciddi məlumatları diqqətlə qiymətləndiririk. Sizə təşəkkür edirik.”

Jurnalist Nigar Ögeday səfirin duyarlılığı və sürətli reaksiyasına görə ona təşəkkür edib.

 


 


 


22-11-2025, 20:23 345

Digər xəbərlər

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

Sumqayıt–Qəbələ avtobus marşrutunun daşıyıcısı müəyyənləşdi

Əliyev-Merts görüşü: Berlin danışıqlarından çıxan 5 əsas nəticə-ANALİZ

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
21-07-2026, 10:32
20-07-2026, 22:33
1 2 3 4 5 6 7 8 9 10 ... 1086