"Sumqayıt–Qarabağ" matçı ərəfəsində VACİB AÇIQLAMA

 

Son günlər Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən oyunlarla bağlı sosial şəbəkələrdə azarkeşlərin narazılığı diqqət çəkir. Onlar əsasən sıxlıq və təmizlik məsələlərinə dair iradlarını bildirirlər.

Məsələ ilə bağlı "Sumqayıt" Futbol Klubunun (FK) mətbuat katibi Zaur Xudiyev İdman.Biz-ə açıqlama verib.

O bildirib ki, azarkeşlər klub üçün ən önəmli faktordur və oyun zamanı yaranan sıxlıqlar nəzərə alınaraq təhlükəsizlik və giriş planlamaları həyata keçirilir.

"Hər matç yalnız azarkeşlər üçün keçirilir və onlar olmadan oyun tam deyil. Hətta bir azarkeş belə narazı qalsa, bizim üçün önəmlidir və biz bu problemi aradan qaldırmağa çalışırıq. Oyun zamanı sıxlıq və təmizliklə bağlı çətinliklər ola bilər. Stadionda hər bir tədbir oyundan əvvəl planlaşdırılır: azarkeş sayına uyğun təhlükəsizlik tədbirləri, polis nəzarəti və bilet yoxlama məntəqələri təşkil edilir. Stadionun giriş qapıları hər oyundan bir saat əvvəl açılır ki, insanlar tədricən daxil olsun və sıxlıq yaranmasın.

Təmizlik məsələsi isə əsasən azarkeşlərin öz davranışlarından qaynaqlanır. Stadion ərazisindəki sanitar qovşaqlardan oyun zamanı azarkeşlər özü istifadə edir. Əgər orada natəmizlik yaranırsa, bu əsasən onların öz davranışlarından qaynaqlanır. 90 dəqiqə ərzində bütün sanitar qovşaqları təmizləmək mümkün deyil. Əgər problem oyundan əvvəl və ya sonra yaranarsa, onda bu iradlarla razı olardım".

Zaur Xudiyev son olaraq klubun azarkeşlərinə müraciət edib:

"Sizin vasitənizlə azarkeşlərə səslənərək onlardan xahiş edirəm ki, oyunlara vaxtında gəlsinlər, yerlərini əvvəlcədən tutsunlar və klubun tədbirlərinə anlayışla yanaşsınlar. Bu həm onların, həm də komandanın rahatlığı üçün vacibdir".

 Qeyd edək ki, bu gün Misli Premyer Liqasının XII turunun ikinci oyunu "Sumqayıt"la "Qarabağ" arasında baş tutacaq. Saat 19:00-da start götürəcək qarşılaşmanı Fərid Hacıyev idarə edəcək.


21-11-2025, 17:24 118

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041