Sumqayıtlılar əslində necə xarakterizə olunur? (MARAQLI)

1949-cu ilin 22 noyabrında şəhər statusu alan Sumqayıt özünün 76-cı payızına qədəm qoydu. Hər birimizin bu şəhərlə bağlı gözəl xatirəsi var. Amma şəhər haqqında bildiyimiz və bilmədiyimiz o qədər məlumat varmış ki...
Məsələn, kim bilir ki, hazırkı Sumqayıt Bulvarının bəzi zolaqlarının altında sovet dövründən qalma unikal drenaj sistemi var. Bu sistem çirkli suların dənizə axmasını tənzimləmək üçün qurulmuşdu, bu gün də qismən işləyir.
Və ya.., 1950–60-cı illərdə Sumqayıtda eksperimental "Gələcəyin şəhəri” layihəsi sınaqdan keçib. Sovet memarları Sumqayıtı xüsusi plan üzrə — geniş prospektlər, paralel küçələr, böyük park sahələri ilə modern şəhər kimi layihələndiriblər. Bu ideyaların bəziləri dünyanın müxtəlif şəhərlərində sonradan tətbiq edilib.
Başqa bir maraqlı məqam budur ki, Sumqayıtda bir vaxtlar "Kino Şəhərcik” fəaliyyət göstərib. 1960–80-ci illərdə burada film çəkilişləri üçün kiçik dekorasiya şəhərçiyi olub. Hətta bir sıra məşhur sovet filmlərində əks olunan sənaye və dəniz səhnələri məhz Sumqayıtda çəkilib.
Bu fakt isə əsasən köhnə nəsil bilər; sən demə, şəhərdə bir vaxtlar məxsusi "Kimya şəhərciyi” varmış. Zavod işçiləri üçün salınmış qapalı yaşayış massivində yalnız mühəndislər və kimyaçı mütəxəssislər yaşayırdı. Bu, SSRİ-də unikal sosial eksperiment sayılırdı.
Bəs sakinləri?! Elə Sumqayıtın əsl dəyəri onun qədirbilən və şəhərini sevən qonaqpərvər sakinləridir.
Sumqayıtlılar haqqında formalaşan sosial-psixoloji portret təkcə stereotiplərə yox, şəhərin tarixi və sosial strukturundan qaynaqlanan reallıqlara əsaslanır. 
Onlar əsasən belədir: 
1. Praktik və soyuqqanlıdırlar.
Sənaye şəhərində və tarixin müəyyən məqamlarında çətin şərtlər altında böyümək Sumqayıt insanlnda reallığa daha yaxın düşüncə tərzi formalaşdırıb.
2. Tolerant və kosmopolitdirlər.
Şəhər çoxmillətli, polietnik əhali ilə formalaşdığı üçün daha adaptiv və sosial cəhətdən elastikdir. Müxtəlif dinlərdən və millətlərdən olan insanlar həmişə mehriban və firavan yaşayıblar.
3. Gənc ruhlu və idmanı sevəndirlər.
Şəhərin demoqrafik tarixi bunu təsdiqləyir – "Gənclər şəhəri” statusu hələ də təsirini saxlayır. Yetişdirdiyi idmançılar barədə isə günlərlə danışmaq olar. Burada hər kəs uşaqlaqdan azı 2 idman növündə qüvvəsini sınayıb. 
4. Təmkinli danışıq və loyal davranış üslubu var. Sumqayıt sakinləri emosiyalarını gizlətməyə meyilli və qürurludurlar. Yardımsevərlikləri isə dillər əzbəridir.
5. Həyat ritmi nisbətən sakitdir.
Bakıya nisbətən daha balansa dayanmış şəhər mühiti insanlara təsir edir.
6. Məhlə mədəniyyəti və qonşuluq münasibətləri hələ də güclüdür. 
7. Eyni zamanda şəhərli düşüncə tərzi güclü formalaşıb.
İctimai qaydalara əməl etmə, sərbəst hərəkət və açıq sosial davranışlar üstünlük təşkil edir.
8. Çox zəhmətkeşdirlər.
Sumqayıtın sənaye kökləri bunu müəyyən edib. Bəzən fəhlə şəhəri kimi də assosiasiya olunan Sumqayıtda çoxlu mühəndislər, həmçinin müəllim, həkim və ustalar ordusu da cəmlənib. 
9. Dostluqda sədaqətli və sabitdirlər.
10. Sosial adaptasiya bacarıqları yüksəkdir.
Çünki şəhər əhalisi müxtəlif regionlardan təyinat və miqrasiyalarla formalaşıb.
Bir sözlə, köhnə sumqayıtlı həm məhlə rahatlığını, həm bölgə dəyərlərini, həm şəhər mədəniyyətini, həm də sənaye intizamını özündə birləşdirən maraqlı sosial obrazdır.
Çox uzatmayım... Sən indikindən daha çox inkişaf və gözəlliklərə layiqsən!
76 yaşın mübarək dünyanın ən beynəlmiləl, multikultural və polietnik şəhəri!
Elnur Ağayev

24-11-2025, 10:40 144

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041