Dünənin Zəfəri, Bu Günün Gücü, Gələcəyin Məramı



“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” - Ulu Öndər Heydər Əliyev

Həyatımız gündən-günə inkişaf edir, nəsillər biri-birini əvəz edir. Lakin Heydər Əliyev fenomeni bütün dövrlər və nəsillər üçün əbədiyaşarlıq statusu qazanıb desək, şübhəsiz ki, səhvə yol vermərik. Heydər Əliyev Ulu tanrının hikməti ilə seçilmiş insan idi. Seçilmiş olmaq ümummilli liderimizin üzərinə Azərbaycanın ən yeni tarixini yaratmaq öhdəliyini qoymuşdu. Üzərinə düşən müqəddəs öhdəliyi layiqincə yerinə yetirən əbədiyaşar liderimizin Azərbaycanın müasir tarixinin gedişinə misilsiz təsirini qeyd etməmək olmaz. Azərbaycanın qədim və çoxəsrlik tarixinin ulu öndərin süzgəcindən keçən yeni dövrü həm də onun azərbaycan xalqına əmanət etdiyi Yeni Azərbaycan Partiyası ilə əlaqədardır desək, heç də yanılmarıq.

Azərbaycanın çoxpartiyalı siyasi həyatında dönüş nöqtəsi olan 1992-ci ildə Yeni Azərbaycan Partiyasının təsis olunması ölkəmizin demokratiya yolunda atdığı ən mühüm addımlardan biri kimi tarixə düşdü. Təsis konfransı təkcə yeni bir siyasi təşkilatın yaranması deyil, demokratik siyasi mədəniyyətin inkişafında tamamilə yeni bir səhifənin açılması demək idi. Ulu Öndər Heydər Əliyevin müdrik siyasi kursunu özündə birləşdirən YAP bu gün də həmin tarixi missiyasını şərəflə davam etdirir.

İllər keçdikcə Azərbaycan cəmiyyətinin mütərəqqi qüvvələrini öz ətrafında birləşdirən Yeni Azərbaycan Partiyası ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyini daha da gücləndirdi. Prezident İlham Əliyevin sözləri ilə desək: “YAP son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi partiyadır.” Bu gün partiyanın 730 mindən çox üzvü olması onun xalqın siyasi dayağına, dövlətin milli inkişaf kursuna çevrildiyini bir daha sübut edir.

YAP-ın VII qurultayı partiyanın tarixində xüsusi əhəmiyyət kəsb edən siyasi mərhələ oldu. Prezident İlham Əliyevin qurultaydakı çıxışı həm tarixi inkişafın qiymətləndirilməsi, həm də gələcək hədəflərin müəyyənləşdirilməsi baxımından bir yol xəritəsi xarakteri daşıyırdı. Dövlət başçısının vurğuladığı kimi: “Yeni Azərbaycan Partiyası nəinki Azərbaycanın, həm də Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır. Yeni Azərbaycan Partiyası bundan sonra da bütün ölkəmizdə gedən proseslərin mərkəzində olacaq.”

Prezident İlham Əliyev Qurultaydakı çıxışında 2003-cü ildən bəri Azərbaycan dövlətinin keçdiyi uğurlu yolu dəyərləndirərək bildirmişdir ki, xalqın Heydər Əliyev siyasətinə olan inamı ölkəmizin dinamik inkişafını şərtləndirən əsas amillərdəndir: “Təbii ki, 2003-cü ildə xalq Heydər Əliyev siyasətinə səs vermişdir. Həyat onu göstərdi ki, biz son 17 il ərzində doğrudan da tarixi uğurlara imza atdıq. Bu, gənc ölkəmizin yeni dövrü idi.”

Məhz bu siyasi iradə və strateji xətt YAP-ın VII qurultayında müasir dövrün çağırışlarına uyğun yeni vəzifələri müəyyənləşdirdi. Partiyanın yenilənmiş proqramında siyasi fəaliyyətin ideoloji əsasını təşkil edən Heydər Əliyev yolu, Müstəqillik, Azərbaycançılıq, Dövlətçilik, Qanunun aliliyi, Varislik və təkamül, Konstruktiv əməkdaşlıq və dialoq, Sosial ədalət və insan amili, Multikultural cəmiyyət, Demokratik ənənələrin inkişafı kimi 10 strateji istiqamət təsbit edildi.

Bu istiqamətlər YAP-ın həm milli dəyərlərə söykənən, həm də dünyaya açıq modern siyasi institut kimi inkişaf xəttini müəyyən edir.

Prezident İlham Əliyevin “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz” fikri isə YAP-ın siyasi fəaliyyət fəlsəfəsinin mahiyyətini aydın şəkildə ifadə edir. Bu, dövlət maraqlarının hər şeydən üstün tutulması və xalq-dövlət birliyinin qorunması ideyasına söykənən prinsipial mövqedir.

Bu gün Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyevin yaratdığı siyasi məktəbin ən böyük daşıyıcısı kimi ölkəmizin siyasi sistemində sabitliyin, inkişafın və modern dövlətçilik modelinin dayağıdır. Dünənin böyük ideyalarını bu gün uğurla gerçəkləşdirən YAP gələcəyin Azərbaycanını formalaşdırmaq kimi şərəfli missiyanı da öz üzərinə götürmüşdür.

Ramiz Hüseynov

YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri


21-11-2025, 11:53 775

Digər xəbərlər

Dünya çempionatı futbolçuların bazar dəyərini dəyişdi – İlk 10-luq məlum oldu

SDU-dan mühüm uğur: Akkreditasiya Şurası qərarını açıqladı

Çimərliklərdə sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Respublika üzrə iyul ayının pensiya ödənişləri yekunlaşıb.

Sabah hava 39 dərəcəyədək isinəcək

Masazırda ağır cinayət işi yenidən araşdırılacaq – Apellyasiya qərarı ləğv edildi

Sumqayıtda bağlı qapı arxasında qalan sakinlər xilas edildi

Sumqayıtda evdən kişi meyiti tapıldı

Sumqayıt TV-nin gündəmə gətirdiyi problem həll olundu – 5-ci mikrorayonda küçə işıqları quraşdırıldı

Azərbaycanda elektron diplomların verilməsinə başlanıldı

Artıq "mygov" üzərindən vəkil və bank etibarnaməsi vermək mümkün olacaq

"Qurd dərəsi" sakinləri yolların bərbad vəziyyətindən şikayətçidir

Jurnalistika məzunlarının işlə təmin olunma göstəricisi açıqlandı

Emil Mustafayevdən iddialı mesaj: “Yüksək hədəflər uğrunda mübarizə aparacağıq”

Qlobal bazarda qızıl və gümüş kəskin bahalaşdı

SDU magistraturaya daha çox tələbə qəbul edəcək

Sumqayıtlı Rafael Ağayevdən atasının xatirəsinə kövrək paylaşım

Sumqayıtda dənizdə faciənin qarşısı alındı

Sumqayıtda tikinti icazəsi vədi ilə dələduzluq: İş yenidən gündəmdə

Berlin niyə Bakıya daha çox önəm verir? – İlham Əliyevin Almaniya səfərinin siyasi mesajları

1 2 3 4 5 6 7 8 9 10 ... 1086
Bu gün, 13:17
Bu gün, 13:13
Bu gün, 13:01
Bu gün, 12:41
Bu gün, 12:20
Bu gün, 12:18
Bu gün, 12:17
Bu gün, 11:00
Dünən, 22:37
Dünən, 17:11
Dünən, 17:08
Dünən, 15:46
Dünən, 14:12
Dünən, 13:27
Dünən, 13:18
Dünən, 12:31
Dünən, 11:13
Dünən, 11:11
Dünən, 11:09
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 10:00
Dünən, 07:49
Dünən, 00:45
21-07-2026, 20:50
21-07-2026, 17:00
21-07-2026, 16:49
21-07-2026, 16:47
21-07-2026, 16:00
21-07-2026, 15:01
21-07-2026, 14:56
21-07-2026, 14:44
21-07-2026, 14:36
21-07-2026, 14:34
21-07-2026, 14:31
21-07-2026, 14:25
21-07-2026, 12:48
21-07-2026, 12:44
21-07-2026, 12:38
21-07-2026, 12:05
1 2 3 4 5 6 7 8 9 10 ... 1086