İsmayıllı və Şamaxıda payızlıq əkinlə bağlı sessiya keçirilib


Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində bəyan edilməsi ilə əlaqədar bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb. Bu istiqamətdə ilk görüşlər Şamaxı və İsmayıllı rayonlarında keçirilib.

Sumqayit.tv xəbər verir ki, görüşlərdə çıxış edən Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev bildirib ki, kənd təsərrüfatı ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında, həmçinin əhalinin məşğulluq səviyyəsinin yüksəlməsində mühüm rola sahibdir. Şamaxı və İsmayıllı rayonlarında hər il 70 min hektardan artıq sahədə payızlıq əkin aparılır. Payızlıq əkinlər dövlət tərəfindən subsidiyalaşdırılır, taxıl əkininə görə bu rayonlarda təxminən 10 min nəfərə yaxın fermerə əkin subsidiyası ödənilir. 2020-ci ildən subsidiyaların ödənilməsi Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə həyata keçirilir. Dövlətin payızlıq əkinlərə dəstək mexanizmindən yararlanmaq üçün fermerlər hansı məhsulu əkdiyini EKTİS-də vaxtında bəyan etməlidirlər.

Bildirilib ki, payızlıq əkinlərin bəyanına sentyabrın 1-dən start verilib. Bəyan prosesi üçün 4 ay vaxt ayrılıb və fermerlər öz əkinlərini dekabrın sonlarına kimi bəyan edə bilərlər. Fermerlərin öz əkin məlumatlarını Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində tez bəyan etməsi monitorinqlərin sürətli və operativ təşkilinə, eyni zamanda əkin subsidiyasının ilin ilk aylarında ödənilməsinə imkan yaradır. Reqlamentə əsasən, yanvar-mart aylarında EKTİS-ə daxil edilmiş əkin bəyanlarının monitorinqi aparılır, fevral-aprel aylarında payızlıq əkinlərə görə subsidiyaların ödənilməsi həyata keçirilir. Fermer öz əkin məlumatlarını EKTİS-də nə qədər tez bəyan etsə, ilin əvvəlində bir o qədər tez əkin subsidiyası almaq imkanı qazanır. Bu səbəbdən fermerlərin öz əkin məlumatlarını müəyyən edilmiş son müddəti gözləmədən EKTİS-də bəyan etməsi subsidiyanı ilin əvvəlində almağa və aqrotexniki qulluq baxımından daha səmərəli istifadə etməyə (yemləmə gübrəsi almağa və s.) imkan verəcək.
Görüşlər zamanı Aqrar Subsidiya Şurasının 2022-ci il üzrə bitkiçilik sahəsində əkin, məhsul və toxum əmsallarına dair qərarının müddəaları, aqrokimyəvi analizin verilməsi zərurəti, sahələrin müəyyən olunmuş reqlamentə uyğun sığorta edilməsinin fermerlərə verəcəyi üstünlüklər, subsidiyaların verilməsi prosesində gələn ildən tətbiq olunacaq yeniliklər barədə iştirakçılara geniş məlumat verilib. İştirakçıların EKTİS-də elektron kabinetin aktivləşdirilməsi proseduru, məlumatların daxil edilmə ardıcıllığı barədə sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydiyyata alınıb.
Kənd Təsərrüfatı Nazirliyinin nümayəndə heyətinin payızlıq əkinlərin bəyan edilməsi ilə bağlı məlumatlandırma sessiyası Azərbaycanın əksər taxılçılıq rayonlarını əhatə edəcək. Bu istiqamətdə növbəti görüşlərin Göyçay, Ağdaş və Ağsu rayonlarında keçirilməsi nəzərdə tutulur.
Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb Kənd Təsərrüfatı Nazirliyi payızlıq əkinlərin EKTİS-də bəyanı ilə bağlı bölgələrdə məlumatlandırma sessiyalarına başlayıb




25-11-2021, 10:37 187

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041