14-16 yaşlı qızlar: Həbs, ya müalicə? - Ekspertdən HƏYƏCAN TƏBİLİ


Bu gün cəmiyyət olaraq narkomaniya ilə nə qədər mübarizə aparsaq da, bu bəla sürətlə yayılmağa davam edir. Daha da dəhşətlisi narkomaniyanın yeniyetmələr arasında da sürətlə yayılmasıdır. Bəs bununla necə mübarizə aparmalıyıq?
Aparılan təbliğatların verdiyi nəticə ilə mövcud vəziyyət arasında nə üçün balans müşahidə edilmir?
Oxu.Az-ın bu və digər suallarını narkomaniya üzrə ekspert Emil Maqalov cavablandırıb:
- Necə olur ki, insanlar ilk dəfə narkotikin dadına baxır?
- Ümumiyyətlə bununla bağlı Azərbaycanda təəssüf ki, heç bir araşdırma yoxdur. Mən bu barədə dəfələrlə yazmışam. Amma mən son 15 ildə apardığım müşahidə əsasında deyə bilərəm ki, bu, insanın düşdüyü mühitdən asılıdır. İnternet, “YouTube”, “TikTok” və digər sosial şəbəkələr buna səbəb olan amillərdəndir.
- Bir dəfə “dadına baxmaqla” narkotikə qurşanmaq olur?
- Əvvəlki dırnaqarası təbii narkotiklər, yəni heroin, “kakos” da deyirlər onlara, ilk istifadədən 80 faiz asılılıq yaratmırdı. Hazırda istifadə edilən narkotiklər köhnə narkotiklərdən deyil. Bunlar sintetik, metamfetamin tərkibli kimyəvi narkotiklərdir. Bir dəfə istifadədən sonra dozanı aşmaqla ölmək də olur, mütləq şəkildə psixoloji asılılıq yaranır. Hətta elə orqanizm də var ki, fiziki asılılıq da yaranır.
- İndi necə deyərlər, hansı narkotik maddələri “dəb”dədir?

- İndi kasıblar arasında “dəb”də olan narkotiklər guya heroin olan “kakos”dur. Amfetamin, metamfetaminlər və əlbəttə ki, nəşədir.
- Bəzi məktəblərdə uşaqlara psixotrop dərmanlar satılır. Rəsmi qurumlar bu iddiaların əsassız olduğunu desələr də, bu və bənzər iddiaların ardı-arası kəsilmir. Bundan qorunmaq üçün nə edilməlidir?
- Bəzi məktəblərdə psixotrop dərmanlar satılmasının şahidi olmamışam, amma eşitmişəm. Məsələ ondadır ki, hər şeyi valideynlərin üzərinə atırlar. Bu fikirlə razıyam, amma elə valideyn var ki, dolanışığını təmin etmək üçün bütün günü işdə olur. Bundan başqa, elə valideynlər var ki, heç özünün tərbiyəsi çatmır ki, uşağa tərbiyə versin. Elə valideynlər də var ki, hər hansı səbəbdən uşağına baxa bilmir və ya uşaqların düşdüyü mühit ona evdəki mühitdən güclü təsir edir.
Dəfələrlə demişəm ki, bu məsələyə uşağın getdiyi yerlərdə baxılsın. Təhsil ocaqlarında, məktəbdə, peşə məktəbində, universitetdə, kolleclərdə bu məsələ ilə psixoloqlar maraqlansın. Psixoloqlar isə bu məsələdə maraqlı deyil. Niyə? Çünki, 200-300 manat əməkhaqqı alır. Məsələn, bir psixoloqun bir narkoman ilə profilaktik söhbətinin minimum qiyməti 50 manatdır. Əgər psixoloqun bu sahədə savadı varsa, günün yarısını məktəbdə işləyir, digər yarısında isə öz seanslarını aparır. Gün ərzində də ən azı 250-300 manat pul qazanır.
Məktəb psixoloqlarına gəlincə isə, onların narkomanlar və ya narkotikə qurşanmağa meyilli olan uşaqlarla işləmək bacarıqları yoxdur. Mən deyərdim ki, haradasa 50 faiz məktəb psixoloqu bunu bacarmır. Buna görə də onlara tədris və kurs keçirilməlidir. Ən əsası isə onların əməkhaqqıları 2 dəfə qaldırılmalıdır ki, özlərinin bu sahədə işləməyə marağı olsun.
- Sizcə bu sahədə psixoloqların sayı müvafiq tədbirlər üçün kifayət edirmi?
- Tutaq ki, məktəb psixoloqlarının əməkhaqqıları qaldırıldı. Amma 1000 nəfərə 1 psixoloq azdır. Mən xarici ölkələrdə gördüm ki, 100 nəfərə bir psixoloq düşür. Moskvada çətin tərbiyə olunan uşaqlar üçün məktəblər var idi. Orada hər 500 nəfərə 10 psixoloq var idi, bu da hər 50 nəfərə bir psixoloq deməkdir. Demirəm ki, bizdə hər məktəbə 10 psixoloq cəlb etsinlər. Amma imkan daxilində hər məktəbə peşəkar kurslar keçmiş ən azı 3 psixoloq cəlb edilməlidir. Belə bir halda başlanğıc vəziyyətdə uşaqları bu vəziyyətdən çıxarmaq mümkün olur. Gecikəndə isə ilk olaraq o uşaqlar narkotikin istifadəçisinə, sonra bunun satıcısına çevrilir və bu bəlanı yaymağa başlayırlar. Daha da dəhşətlisi odur ki, onlar cinayətkarlara çevrilirlər.
- Dispanserlərin fəaliyyətindən razısınız?
- Bizim müalicə mərkəzlərimiz yoxdur. Narkodispanserlərimiz olsa da, çox azdır. Regionlarda demək olar ki, yoxdur. Narkotik regionlarda da çoxdur və onlar da müalicə üçün Bakıya gəlirlər. Bakıda 5 min narkoman varsa, dispanserlərdə 380 yer var. Sumqayıt kimi şəhərdə 1000 narkoman varsa, 28 yer var. Onları yerləşdirməyə yer yoxdur.
- Ən “məşhur” narkotiklərdən olan “patı” (metamfetamin) qəbul edən insanın beynində hansı dəyişikliklər gedir?
- Ən dəhşətlisi şizofreniyadır. Biz həkim deyilik, ekspertik, yardım etdiyimiz şəxslər olur. Bir nəfər var idi, anası deyirdi ki, gecələr kitab oxuyur. Müşahidə etdik ki, kitab oxumur, tərsinə tutub saatlarla üzünə baxır. Bir başqasının valideyni deyirdi ki, oturub televizorun qarşısında elə danışır ki, sanki heyvanlar aləminə baxır. Bu və daha dəhşətli fəsadlar baş verə bilir.
- Ekspertlər 14-16 yaş arasında qızların narkotik aludəçisi olmasına dair fikirlər səsləndirirlər. Bu yaş qrupunda şəxslərin reabilitasiyası zamanı hansı üsul seçilməlidir?
- Qızlar da eyni şəkildə ağrının asılılığından azad olunmalıdır, daha sonra reabilitasiyaya cəlb edilməlidirlər. Həmin narkotiklərdən istifadə edən şəxs müalicə olunmaq istəməsə, onu 3-5 saat narkotiksiz saxlayırsan, “lokma”sı gələndə hər bir şeyə razı olurlar. Bu şəkildə də onları müalicəyə aparırsan və proses başlayır.
- Narkotik istifadəçilərinin həbsi, yoxsa məcburi müalicəyə cəlb edilməsi cəmiyyəti bu bəladan xilas edə bilər?
- Narkomaniyanı yayanlar, narkomanların özüdür. Birinci dəfə 0,5 qram istifadə edən narkoman bir müddət sonra 1 qram və daha çox dozalar almağa başlayır. Bir müddət sonra bunun üçün pulu olmur və onlar oğru və cinayətkarlara çevrilirlər. Oğurluq etdiyi pulun müqabilində daha çox narkotik alırlar. Biz görmüşük ki, dəmir parçaları oğurlayıb metal qəbulu məntəqəsinə təhvil verirlər. Ya da kimsə maşınlardan maqnitofon oğurlayır, kimsə güzgü oğurlayır, kimsə ev yarır və gedir 3-5 qram narkotik alır. Bu zaman 80 faizi başlayır onu satmağa ki, sabah yenidən almağa pulu olsun. Onların liderlərini seçib, müalicə edib, reabilitasiyadan keçirib, daha sonra yenidən öz mühitlərinə buraxmaq lazımdır.
Onları öz ətraflarına müəllim kimi göndərmək lazımdır. Biz hamını müalicə edə bilmərik, çünki o qədər yerimiz və imkanımız yoxdur. Gələcəkdə yerlərimiz artsa da, hamını müalicə etməli deyilik. Dövlət hamını müalicə etsə, elə hamı başlayar narkotik istifadəsinə ki, dövlət sonunda müalicə edəcək də.
- Ümumiyyətlə bu qədər müalicə, reabilitasiyadan danışırıq, nəticə etibarı ilə bu bəladan tam sağalmaq mümkündür?
- Narkomanları dispanserlərə növbə ilə yerləşdirsək belə, onlar orada detoks olunurlar. Yəni, el dili desək, “lokma”dan çıxırlar. Bu cür dispanserlərdən çıxanların 90 faizi 1 aya, 3 aya yenidən narkotik istifadəsinə qayıdırlar. Çünki onların psixoloji problemləri qalır. Birinci problem cəmiyyətin onları qəbul etməməsidir. İkinci onlar reabilitasiya olunmayıblar. Dövlətin özünün reabilitasiya mərkəzləri yoxdur, ödənişli özəl reabilitasiya mərkəzlərinə qəbul isə 1500 manatdan başlayır. Bu isə cəmi 6 aylıq kursu əhatə edir.
6 ay orada qalanların 90 faizinin bu bəladan qurtulmaq şansı var. Belə faktlar da var. Dəfələrlə hökumətin narkodispanserlər, reabilitasiya mərkəzləri açmasını təklif etmişəm. Mənim layihəm var, orada iki dəfə uğursuz müalicədən keçmiş şəxsləri yenidən müalicə etmək mümkündür. Biz bunu edirik.

12-04-2022, 13:13 217
Bu gün, 15:19
Bu gün, 15:16
Bu gün, 15:13
Bu gün, 07:28
Bu gün, 07:12
Dünən, 17:55
Dünən, 17:52
Dünən, 17:45
Dünən, 17:42
Dünən, 17:37
Dünən, 17:17
Dünən, 17:16
Dünən, 17:14
Dünən, 17:06
Dünən, 16:25
Dünən, 16:22
Dünən, 16:21
Dünən, 16:20
Dünən, 16:19
Dünən, 16:17
Dünən, 16:08
Dünən, 16:02
Dünən, 15:57
Dünən, 15:15
Dünən, 15:11
Dünən, 13:43
Dünən, 13:41
Dünən, 13:39
Dünən, 11:28
14-05-2024, 18:46
14-05-2024, 18:43
14-05-2024, 11:40
14-05-2024, 11:30
13-05-2024, 17:49
13-05-2024, 17:47
13-05-2024, 17:39
13-05-2024, 15:14
13-05-2024, 15:14
13-05-2024, 15:12
13-05-2024, 15:09
1 2 3 4 5 6 7 8 9 10 ... 849