
Noyabrın 8-də — Zəfər Gününün 5-ci ildönümü münasibətilə Sumqayıtda möhtəşəm bayram konserti və atəşfəşanlıq təşkil olunacaq.
Sumqayit.tv xəbər verir ki, tədbir Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısındakı meydanda keçiriləcək.
Konsertdə Röya Ayxan, Miri Yusif, Mübariz Tağıyev, Samir Cəfərov, Fidan Hacıyeva, eləcə də Mətanət İsgəndərli, Təyyar Bayramov, Aytən Məhərrəmova və Şəmistan Əlizamanlı çıxış edəcəklər.
Gecənin aparıcıları tanınmış televiziya simaları Saleh Bağırov və Lalə Azərtaş olacaq.
Konsert saat 19:00-da başlayacaq, 21:00-da isə möhtəşəm atəşfəşanlıqla yekunlaşacaq.
Bu gün, 16:18
7