Sumqayıt-Bakı qatarının qrafiki tələbələri yolda qoyur: "İki saat gözləməli oluruq" - RƏSMİ 

 Sumqayıt-Bakı sürətli elektrik qatarının hərəkət cədvəli valideynlərin narazılığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a şikayət daxil olub.

Qeyd olunub ki, saat 12:00-dan 15:00-a qədər Sumqayıtdan Bakıya heç bir reys yoxdur.

"Bu isə xüsusilə tələbələr üçün ciddi problem yaradır. Onlar dərslərini təxminən saat 13:00-da bitirsələr də, evə dönmək üçün növbəti qatarı gözləməyə məcbur qalırlar. Məsələ ilə bağlı müvafiq quruma dəfələrlə müraciət etsək də, "qeydə alındı" cavabından başqa heç bir nəticə yoxdur", - deyə şikayətdə vurğulanır.

Qatarların hərəkət cədvəlinin tələbələrin dərs saatlarına uyğun şəkildə yenidən tənzimlənməsini istəyən valideynlər bildirirlər ki, bu iki saatlıq fasilə uşaqların təhlükəsizliyi və vaxt itkisi baxımından onları narahat edir.

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC-nin şöbə müdiri Bəxtiyar Hacıyev Oxu.Az-a açıqlamasında bildirib ki, sentyabrın 15-dən etibarən Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkət cədvəli optimallaşdırılıb, reyslərin sayı artırılıb.


"Bu tarixə qədər iş günləri və ya həftəiçi reyslərin sayı 66-dan 92-yə çatdırılmışdısa, hazırda həftəiçi reyslərin sayı 103-dür. Qrafikin optimallaşdırılması xüsusilə pik saatlarda sərnişinlərin rahat və vaxtında mənzil başına çatmasını təmin etmək məqsədi daşıyır. Bütün bu dəyişikliklər nəticəsində Abşeron dairəvi dəmiryol marşrutunda günlük sərnişindaşıma sayı 37 mindən 42 600-ə qədər artıb.

Nəzərə alınmalıdır ki, reyslər təyin edilərkən həm mövcud qatar sayı, həm infrastruktura və qatarlara davamlı baxış və zəruri hallarda təmir işləri, həm də yük qatarlarının hərəkəti nəzərə alınır", - deyə B.Hacıyev bildirib.


30-10-2025, 17:21 93

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041