
“Sumqayıt” futbol klubu Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində Zaqatala üzərində inamlı qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.
Sumqayit.tv xəbər verir ki, Zaqatala Olimpiya İdman Kompleksinin stadionunda baş tutan qarşılaşma 0:3 hesabı ilə “Sumqayıt”ın xeyrinə başa çatıb.
Komandamızın qollarını A. Ramalinqom (8-ci dəqiqə), N. Əhmədzadə (34) və A. Yankoviç (85) vurublar.
Beləliklə, “Sumqayıt” Azərbaycan Kubokunun 1/8 final mərhələsində mübarizəsini davam etdirəcək.
Dünən, 20:29
8