
Bu gün Sumqayıt şəhərinin bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
"Azəriqaz" İB-dən Sumqayit.tv-yə verilən məlumata görə, mövcud qaz sayğaclarının yeni xəttə köçürülməsi ilə əlaqədar olaraq oktyabrın 30-da, saat 12:00-dan etibarən Corat qəsəbəsində — məktəbin yanı, “dörd yol” adlanan ərazidə 500 abonentin qaz təchizatı dayandırılacaq.
Qazın verilişi texniki işlər başa çatdıqdan sonra bərpa ediləcək.
30 oktyabr 2025 | Cəmiyyət / Sumqayıt
Bu gün, 11:34
14