Xüsusi Təyinatlı Qüvvələrin Əfsanəvi Taborunun canavarı – Cəbinin şanlı döyüş yolu - FOTOLAR

 

Bu gün, oktyabrın 24-də Cəbinin – Vətən müharibəsində qəhrəmanlıq səlnaməsi yazan igidimiz, Xüsusi Təyinatlı Qüvvələrin (XTQ) baş giziri Sübhan Cəbrayılovun torpağa əmanət edildiyi gündür.
Sübhan şanlı Vətən Müharibəsi günlərində göstərdiyi şücaətlərə görə ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adına və “Vətən uğrunda” medalına layiq görülüb.
Füzuli, Hadrut, Cəbrayıl və Zəngilanın tam alınmasında iştirak edib. Qubadlıda 2 kənd alındıqdan sonra şəhidlik zirvəsinə ucalıb.
Sübhan Cəbrayılov Salyanın Marışlı kəndindəndir. Orta məktəbi orada bitirib, oradan hərbiyə yollanıb və yolunu Xüsüsi Təyinatlı Qüvələrdən salıb.
Vətən Müharibəsi Qəhrəmanının anası Ləzifə Cəbrayılova deyir ki, vətən torpaqları uğurunda oğlunu itirib, əvəzində çoxlu oğullar qazanıb:
-Ali Baş Komandan İlham Əliyev hər çıxışında torpaqlarımızın şəhidlərin qanı-canı bahasına alındığını xüsusi vurğulayır. Övladlarımız torpaqlarımızın azadlığı uğrunda döyüşdülər, düşməni döyüş meydanında canları bahasına məğlub etdilər. Cənab prezident bu haqda hər çıxışında deyir, onun o sözləri bizim sağalmaz yaralarımıza məlhəm olur. Bizlər övladlarımızın adının yaşadılması ilə yaşayırıq.
Sübhan mənim sonbeşiyim idi. Uşaqlıqdan boksla, əlbəyaxa döyüşlə məşğul olurdu. Hərbi xidmətdə olarkən boyuna, bədəninə, fiziki qüvvəsinə görə onu XTQ-yə seçmişdilər. Xüsusi təyinatlılarda kəşfiyyatçı kimi xidməti 20 il idi. Həmişə hara getdiyini soruşanda deyirdi, təlimə gedirəm. Heç vaxt işi haqqında danışmazdı. Sonuncu dəfə oğlumla 2020-ci il sentyabrın 25-i görüntülü danışdım. Dedi, təlimə gedəcəyəm, mən də ona sağ-salamat geri dönməsini arzuladım. Daha bilmədim ki, bu təlim, o təlimdən olmayacaq. Balamız, geri dönməyəcək, qəhrəmancasına vuruşacaq və qəhrəmancasına şəhid olacaq. 
cdd50022-0835-47a6-83fd-837aaf28354d.jpg (29 KB)
Şəhid anası deyir ki, oktyabrın 23-ü, Sübhanın ad günündə bayrağa bükülmüş tabutu evinə gətirilib:
- Onu ailəsinin yaşadığı, 2 övladının böyüdüyü Sumqayıt şəhərində, oradakı Şəhidlər Xiyabanında dəfn etmək qərarı verdik. Oktyabrın 24-də orada torpağa tapşırıldı. Sübhana ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı verildi və “Vətən uğrunda” medalı ilə təltif olundu. Həmişə zarafatla deyirdi ki, ay ana, siz məni 18 il saxlamısız, dövlət 20 ildir saxlayır. Bizim işimiz düşməndən torpaqlarımızı geri almaqdır. Şükür bu günə ki, Sübhanın, onun üzvü olduğu XTQ-nin Əfsanəvi Taborun uşaqlarının əziyyəti, qanı yerdə qalmadı. Bu, bizə təsəllidir. Sübhan döyüşlərdə əsl qəhrəmanlıq nümunələri göstərib. Döyüş yoldaşları deyir ki, subaylara deyirmiş ki, siz arxadan gəlin, biz evliyik, uşaqlarımız var. Amma siz subaysınız, sizin geridə qoyduğunuz yoxdur. Mərd idi. Neçə yaralı döyüş yoldaşını xilas edib, yaralarını sarıyıb. Onlar bizə gəlib təşəkkür edirlər. O, döyüşdə erməni polkovnikini əsir götürüb, düşmənin “Ural” dolusu canlı qüvvəsini məhv edib. Düşmənin diversiya qrupunu erməni dilində aldadaraq pusquya salmışdı. Heç bir yaralını, şəhidi döyüş gedən ərazidə qoymur, çiynində daşıyaraq oradan çıxarırdı. Düşmənin içinə ilk girənlər Sübhangil olurdular, daha sonra XTQ-nin quru qoşunları gəlirdi. Qubadlıda sonuncu döyüşündə 12 nəfər olublar. Həmin ərazidə erməni çox olub və mühasirəyə düşüblər. Güllələri bitib, əlbəyaxa döyüşə keçiblər. Neçə ermənini öldürüb. Birini boğub, birini xəncərlə vurub. Bütün bunları döyüş yoldaşları görüblər. Danışırdılar ki, ermənilərin üstünə hücum edib, onları boğurmuş. Ermənilər görüblər ki, bacarmırlar, boynundan snayperlə vurublar… 
2a9cb35b-748b-41e7-91e3-3c2c67dfabdd.jpg (437 KB)
Sübhan Cəbrayılov Vətən müharibəsindən əvvəl, Lələtəpənin alınması zamanı da qəhrəmanlıq göstərib. O zaman da Prezident tərəfindən təltif olunub, mükafatlandırılıb:
-Onun ürəyi Qarabağla döyünürdü. 18 il əziyyət çəkdi, bütün günü təlimlərə qatılırdı, demək olar ki, evdə olmurdu. Döyüş yoldaşları ona Cəbi deyib çağırırdılar. O, həmişə Qarabağ üçün, torpaqlarımızın azadlığı üçün hazırlaşırdı. Deyirdi, oranı alaq ki, bizdən sonrakı nəsil rahat yaşasın. Sübhanın arzusu torpaqlarımızı işğaldan azad görmək idi. O, canı bahasına bu arzusuna çatdı. 
0ea55085-184f-4b99-b831-2a1f166e97e9.jpg (170 KB)
Şəhid anasının Gənclər və İdman Nazirliyindən, Sumqayıt İcra Hakimiyyətindən gözlələntiləri var. Deyir ki, Sübhan Cəbrayılovun adının yaşadılması, əbədiləşdirilməsini istəyir:
- Sağ olsun Salyan boks məktəbinin rəhbərliyi. Sübhanın adına 3 rayonun boks yığmalarından ibarət turnir təşkil etdilər. Belə bir turnirin respublika səviyyəsində də keçirilməsi bizə təsəlli olardı. Dostları bu məqsədlə Gənclər və İdman Nazirliyinə müraciət ünvanlayıblar. Ümid edirik ki, Sumqayıtda da, oğlumun yadigarlarının yaşadığı, özünün uyuduğu şəhərin bir küçəsinə onun adını verməklə adını əbədiləşdirəcəklər.
 Musavat.com



24-10-2023, 10:30 304

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060