Bu gün Mehriban Əliyevanın doğum günüdür

 Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, İSESCO-nun xoşməramlı səfiri, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri Mehriban Əliyevanın doğum günüdür.

Sumqayit.tv xəbər verir ki, Mehriban Arif qızı Əliyeva 1964-cü il avqustun 26-da Bakıda anadan olub. Orta məktəbi qızıl medalla bitirdikdən sonra Moskva Dövlət Tibb İnstitutunu fərqlənmə diplomu ilə başa vurub.

1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu, 1996-cı ildə isə “Azərbaycan-İrs” jurnalını təsis edib. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir. 2004-cü ildən fəaliyyət göstərən Heydər Əliyev Fondunun prezidenti kimi yerli və beynəlxalq miqyasda çoxsaylı humanitar və xeyriyyəçilik layihələrinin müəllifidir.

Onun təşəbbüsü ilə Azərbaycanın mədəni irsi dünyada təbliğ olunub, bir sıra ölkələrdə tarixi abidələrin və muzeylərin bərpası həyata keçirilib. Pakistanda məktəblərin tikintisi, müxtəlif ölkələrdə humanitar aksiyalar keçirilməsi də bu fəaliyyətlər sırasındadır.

Mehriban Əliyeva UNESCO və İSESCO-nun xoşməramlı səfiri olub, ÜST tərəfindən mükafatlandırılıb, həmçinin Fransa, Polşa, Rusiya və digər ölkələrin ali ordenlərinə layiq görülüb. Azərbaycan, Rusiya və Avropanın nüfuzlu ali təhsil müəssisələrinin fəxri professoru və doktorudur.

2017-ci il fevralın 21-də Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Birinci vitse-prezidenti təyin olunub. Sosial məsələlər, şəhid ailələri, müharibə əlilləri, məcburi köçkünlər və aztəminatlı ailələr daim onun diqqət mərkəzindədir.

Mehriban Əliyeva Yeni Azərbaycan Partiyasının sədr müavinidir. Ailəlidir, iki qızı və bir oğlu var.

26-08-2025, 11:28 227

Digər xəbərlər

Sumqayıtda doğulan Rafael Ağayev: “karatenin brilyantı”na gedən yol- viİDEO

LOTEREYA  BİLETİ

Sumqayıt teatrının iştirakı ilə Natiq Qasımova həsr olunan “Ölməz” tamaşası Mingəçevirdə təqdim edilib-FOTOLAR

Sumqayıtda yaşıllıqlara qanunsuz müdaxilə faktı aşkarlanıb

Sumqayıtda park ərazisində qanunsuz konstruksiya sökülür

Sumqayıt İcra Hakimiyyətinin başçısı 1-ci mikrorayonda sakinlərlə görüş keçirdi - FOTOLAR

Sumqayıtda günlərdir yerə düşən məlumat lövhəsi qaldırılmır-FOTO/VİDEO

Deputat Elnarə Akimova Şimali Kiprdə beynəlxalq konfransda iştirak edəcək

Deputat: İlham Əliyevin Antalya Forumunda iştirakı ölkəmizin beynəlxalq mövqeyini gücləndirir

Sumqayıtda toyda qadın ölüb

Sumqayıtda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Millət vəkili Elnarə Akimova növbəti vətəndaş qəbulu keçirdi-FOTOLAR

Vəzifədən azad edilən Sumqayıtın baş memarın mülkləri - SƏNƏDLƏR/FOTOFAKT

Azərbaycan və Rusiya Sumqayıtda birgə layihələr icra edəcək

Sumqayıtda genişmiqyaslı təmizlik və dezinfeksiya işləri aparılır

Əliyevlə Şaraa görüşdü - Fotolar

Sumqayıtda "Okean" şadlıq evindən ekoloji təhlükə: atmosferə filtrsiz tüstü buraxılır (FOTOFAKT)

Sumqayıtda güclü yağış fəsadları: küçələr su altında qaldı, kanalizasiya sistemi iflic oldu - FOTO

Sumqayıtda böyük qalmaqal: Rüşvət iddiaları ilə məmur işdən çıxarıldı

Türkiyənin Kahramanmaraş şəhərində məktəbdə baş verən silahlı hücum nəticəsində ölənlərin sayı artıb.

1 2 3 4 5 6 7 8 9 10 ... 1041
Bu gün, 16:31
Dünən, 16:41
Dünən, 16:37
Dünən, 16:32
Dünən, 16:27
Dünən, 15:28
Dünən, 14:36
Dünən, 13:47
Dünən, 12:13
17-04-2026, 21:53
17-04-2026, 21:48
17-04-2026, 12:44
17-04-2026, 12:20
17-04-2026, 12:11
17-04-2026, 11:51
17-04-2026, 11:41
16-04-2026, 23:56
16-04-2026, 20:36
16-04-2026, 01:23
15-04-2026, 21:10
15-04-2026, 20:29
15-04-2026, 19:28
15-04-2026, 18:35
15-04-2026, 12:59
15-04-2026, 12:56
15-04-2026, 09:55
15-04-2026, 09:51
15-04-2026, 00:07
14-04-2026, 11:55
14-04-2026, 11:37
14-04-2026, 11:36
14-04-2026, 11:32
14-04-2026, 11:13
13-04-2026, 20:49
13-04-2026, 19:58
13-04-2026, 16:23
13-04-2026, 16:02
13-04-2026, 13:41
13-04-2026, 13:38
13-04-2026, 13:36
1 2 3 4 5 6 7 8 9 10 ... 1041