Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

 Hər gün təkanlar olur, ötən gecə baş verən zəlzələyə görə də təlaşa düşməyə ehtiyac yoxdur.

Bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, ölkə ərazisində gözlənilən dağıdıcı zəlzələ ehtimalı yoxdur:

“Gecə saatlarında Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Azərbaycanda da hiss olunub. Zəlzələ dərinlikdə olduğu üçün hiss olunub. Təki həmişə belə zəlzələ olsun. Hər gün zəlzələ olur. Qonşu ölkələrdə - Gürcüstan, Ermənistan, İranda, eyni zamanda Xəzər dənizində təkanlar var. Bunların hiss olunması normaldır”.

Qeyd edək ki, AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Report"a bildirilib ki, Dağıstandakı zəlzələ 5,3 maqnitudada olub, zəlzələ ocağı 66 kilometr dərinlikdə yerləşib. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ 3-4 bala qədər hiss olunub.

Qeyd edək ki, təbiət hadisəsi Azərbaycanın bir sıra şəhər və rayonlarında o cümlədən Quba, Xınalıq, Qusar, Siyəzən, Xudat, Şabran, Xaçmaz, Xızı, Bakı və Sumqayıt və s. şəhərlərində hiss olunub./Report

27-08-2025, 12:02 307

Digər xəbərlər

Sumqayıtdakı 7 nömrəli marşrut avtobuslarından şikayət - "Sürücülər qaydaları saymır"

Sumqayıtda çalışmış şəhid alimin oğlu Dövlət Statistika Komitəsinin sədrinə təyin olundu

Deputat Elnarə Akimova vətəndaşlarla növbəti qəbulu keçirib-FOTO

Artımlarla birgə fevral pensiyaları Sumqayıtda BU TARİXDƏ veriləcək

Sumqayıtın bu ərazisində yaşayan 2500 abonent qazsız qalacaq

Bir sutkadır Yaşıldərə sakinləri susuzluqdan əziyyət çəkir – ŞİKAYƏT

Sumqayıtda qazılan yol sürücüləri çətin duruma salıb

Təhsil mühitində böhran: Psixoloqlar məktəblərdəki risklər barədə xəbərdarlıq edir

Sumqayıt bulvarında tapılan meyitin Vətən müharibəsi iştirakçısı olduğu məlum oldu

Sumqayıt bələdiyyəsinin büdcə gəlirləri artdı

Qəza səbəbindən Sumqayıtın bəzi mikrorayonlarında su kəsilib

Sumqayıtda içməli suyun təhlükəsizliyi necə təmin olunur?

Sumqayıt azarkeşləri önündə məğlubiyyət: “Zirə” son sözü dedi

Gücüm çatmazdı deyə bıçaqladım — Sumqayıtdakı kafedə dava düşdü

Sumqayıtda sahibsiz itlər təhlükə yaradır – sakinlər narahatdır

“İdrak”ın rəhbəri o SİRRİ AÇDI: “Hadisədən sonra xarici ölkədən zəng gəlib”

Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Sumqayıtda növbəti səyyar qəbul-görüş keçirilib - FOTO

Dilşad Əhədova SANKON-un Azərbaycan üzrə nümayəndəsi təyin olundu

Bizim də Epşteynlərimiz var… – Müstəntiqdən ŞOK sözlər

1 2 3 4 5 6 7 8 9 10 ... 1016
Dünən, 15:38
Dünən, 15:38
Dünən, 15:25
Dünən, 14:52
Dünən, 12:28
Dünən, 12:02
9-02-2026, 17:16
9-02-2026, 15:46
9-02-2026, 14:41
9-02-2026, 14:37
9-02-2026, 14:05
9-02-2026, 12:12
9-02-2026, 12:02
9-02-2026, 11:29
9-02-2026, 11:11
9-02-2026, 08:23
8-02-2026, 22:56
7-02-2026, 09:32
6-02-2026, 14:28
6-02-2026, 13:02
6-02-2026, 12:58
6-02-2026, 12:52
6-02-2026, 12:49
6-02-2026, 12:43
6-02-2026, 12:23
6-02-2026, 12:04
6-02-2026, 12:02
6-02-2026, 11:59
6-02-2026, 11:56
5-02-2026, 22:58
5-02-2026, 17:34
5-02-2026, 13:16
5-02-2026, 13:11
5-02-2026, 12:36
5-02-2026, 12:18
5-02-2026, 12:13
5-02-2026, 11:47
5-02-2026, 11:22
4-02-2026, 21:12
4-02-2026, 13:21
1 2 3 4 5 6 7 8 9 10 ... 1016