Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

 Bu gün Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın doğum günüdür. İyirmi ildən artıqdır ki, Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu mədəniyyət və humanitariya sahəsində geniş fəaliyyəti ilə bütün dünyada tanınmış, Cənubi Qafqazın ən böyük təşkilatı kimi nüfuz qazanmışdır. Mehriban xanım Əliyevanın Heydər Əliyev irsinə sadiq olaraq Mirzə Şəfi Vazehin, Mirzə Fətəli Axundovun, Fətəli xan Xoyskinin qəbirüstü abidələrinin yenidən qurulması və orada xiyabanın yaradılması barədə təşəbbüsləri ədəbi-mənəvi fikir həyatımıza verilən mühüm töhfədir. Keçmiş Qarabağ münaqişəsində ölkəmizin ədalətli mövqeyinin dünya birliyinə düzgün şəkildə çatdırılması işində də onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu çoxşaxəli fəaliyyət həyata keçirərək mühüm nailiyyətlərə imza atmışdır. Azərbaycanın multikultural, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır.Bu gün də Mehriban xanımın təşəbbüsləri ilə xalqımızın tarixi taleyində mühüm işlərə imza atılır. Yeni çağırış və reallıqlar qarşısında Mehriban xanımın üzərinə götürdüyü bu məsuliyyət onun ənənəvi fəaliyyətinə davam xarakteri daşıyır. Azad edilmiş torpaqlarda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilməsi, Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi, Zəngilan şəhər məscidinin Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilməsi, eyni zamanda Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi məhz, Mehriban xanımın təşəbbüsü ilə həyata keçirilir. Torpaqlarımızı bərpa etdikdən sonra Şuşada böyük Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin bərpası və yenidənqurma işləri, Mehmandarovların erməni vandalizminə məruz qalmış malikanəsinin bərpa işləri ölkənin birinci xanımı Mehriban Əliyevanın təəssübkeşliyi və rəhbərliyi ilə reallaşır. Hər il çoxsaylı mədəniyyət və ictimaiyyət xadimlərinin, xarici qonaqların iştirakı ilə Şuşada Vaqif Poeziya günləri və Xarıbülbül festivalının keçirilməsi onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşir. Bütün bunlar Mehriban xanım Əliyevanın gördüyü işlərin bir hissəsidir. Ona bu nəcib fəaliyyətində uğurlar arzulayır, doğum günü münasibətilə təbrik edirik!

Elnarə Akimova, Milli Məclisin deputatıYAP İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru

26-08-2025, 14:43 245

Digər xəbərlər

Sumqayıtda qətl hadisəsi baş verib - VİDEO

Sumqayıt Dövlət Universitetində “Microsoft” həlləri istifadəyə verilib-VİDEO

Əməkdar məşqçi Rafael Məmmədovun doğum günüdür

İyunun 7-də qəbul imtahanı keçiriləcək – vacib saat açıqlandı

Sumqayıt istiqamətində tıxac problemini azaldacaq yeni layihə - VİDEO

Enerji gücündən geosiyasi liderliyə: Azərbaycanın yazdığı uğur salnaməsi

Sumqayıtda 1 İyun münasibətilə tədbir keçirilib

Sumqayıtda avtobusda halı pisləşən sərnişin öldü

Sumqayıtda pensiya və sosial müavinətlərlə bağlı ictimai dinləmə keçiriləcək

İyun ayında 10 gün qeyri-iş günü olacaq

Birinci siniflərə qəbul üçün son 4 gün qaldı

İtkin düşən Azərbaycan vətəndaşlarının sayı yeniləndi

Azərbaycan Prezidenti amerikalı həmkarına təşəkkür edib - FOTO

Sarayda qohumunu xüsusi amansızlıqla öldürən şəxsə ağır cəza

Təbrik Quliyev vəzifədən ayrılması ilə bağlı iddialara münasibət bildirib - VİDEO

“BMT ciddi likvidlik problemi ilə üzləşə bilər”

Prezident “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirak edir-FOTO

Sumqayıtda xəstənin həyatı həkimlərin operativ müdaxiləsi ilə xilas edilib – görüntülər yayıldı - VİDEO

Sumqayıtda aşan ağac yolu bağladı – sürücülər yolu özləri açdı- VİDEO

Sumqayıtda güclü külək iri ağacı aşırdı, piyada səkisi bağlandı - FOTOLAR

1 2 3 4 5 6 7 8 9 10 ... 1060
Dünən, 21:19
Dünən, 18:49
Dünən, 15:17
Dünən, 12:09
Dünən, 11:53
2-06-2026, 16:53
2-06-2026, 16:33
2-06-2026, 10:17
1-06-2026, 18:20
1-06-2026, 18:16
1-06-2026, 18:09
1-06-2026, 14:57
1-06-2026, 14:52
1-06-2026, 14:44
1-06-2026, 14:31
1-06-2026, 11:40
1-06-2026, 10:18
31-05-2026, 15:57
31-05-2026, 15:53
30-05-2026, 18:24
30-05-2026, 18:20
30-05-2026, 15:01
30-05-2026, 11:17
30-05-2026, 11:05
30-05-2026, 10:40
30-05-2026, 07:41
29-05-2026, 22:31
29-05-2026, 21:20
29-05-2026, 20:30
29-05-2026, 12:19
29-05-2026, 10:17
29-05-2026, 10:14
28-05-2026, 10:45
27-05-2026, 23:48
27-05-2026, 23:19
27-05-2026, 21:37
27-05-2026, 06:40
27-05-2026, 06:36
26-05-2026, 22:23
26-05-2026, 20:08
1 2 3 4 5 6 7 8 9 10 ... 1060