Özlərini “polis” kimi təqdim edib, Mərkəzə gətirdilər, hovuzda meyiti tapıldı

 Bu gün, avqustun 20-də Ali Məhkəmədə “Uğur Yolu” Reabiltasiya Mərkəzinin direktoru Şamil Minyayev, işçiləri Elman Mehdiyev və Turxan Allahverdiyevin kassasiya şikayətinə baxılacaq. Mərkəz rəsmilərinin şikayəti hakim Tahir Kazımovun sədrliyi ilə araşdırılacaq.

Müttəhimlər Mərkəzə məcburi müalicəyə gətirilmiş Roma Fataxovun ölümünə görə ittiham olunublar.

Ölüm faktına görə cinayət işi başlanıb. İstintaq zamanı Şamil Minyayevə Cinayət Məcəlləsinin 309-cu (vəzifə səlahiyyətlərini aşma), digərlərinə isə 32.5, 309.2-ci (vəzifə saxtakarlığına cəhd) maddəsi ilə ittiham verilib. Müttəhimlər ittiham üzrə özlərini təqsirli bilməyiblər. Roma Fataxovun yaxınları Şamil Minayev və Turxan Allahverdiyevdən şikayətçi olublar. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə mərkəzin direktoru Şamil Minyayev 4 il, Turxan Allahverdiyev 3 il azadlıqdan məhrum edilib. Elman Mehdiyevə isə şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

"Uğur yolu” narkotik və digər asılılıqlardan Reabilitasiya Mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzdə 12 addım proqramı ilə müalicə tətbiq olunur. 2023-cü ildə Reabilitasiya Mərkəzindəki hovuzda 27 yaşlı Roma Fataxovun meyiti aşkar olunub. İsitntaq zamanı məlum olub ki, Roma Fataxov elə həmin gün məcburi müalicəyə cəlb edilib. İstintaq materiallara görə Roma Fataxovun yaxınları Mərkəz rəhbərliyinə müraciət edərək onun məcburi müalicəyə cəlb edilməsini istəyiblər. Roma Fataxov özü isə ailəsindən ayrı evdə yaşadığı üçün bundan xəbərsiz olub. Ailə üzvləri ilə əməkdaşlar arasında razılaşma belə olub ki, Roma evdən çıxan kimi tutulub Reabilitasiya Mərkəzinə gətirilsin. Bundan sonra mərkəz rəhbəriu və işçiləri narkotik asılılığından əziyyət çəkən gəncə özlərini polis əməkdaşları kimi təqdim edərək onu avtomobilə mindiriblər.

Roma Fataxov mərkəzə çatdıqdan sonra nə baş verdiyini anlayıb. O, yüksək səslə qışqıraraq müqavimət göstərib. Üstündən bir neçə dəqiqə keçdikdən sonra Roma Fataxov mərkəzin içi su ilə dolu hovuzunda halsız vəziyyətdə aşkar edilib. Dərhal xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Məhkəmə tibbi ekspertiza zamanı onun həır hansı bir zorakılığa məruz qalmadığı, ölümünə suda boğulmasının səbəb olması üzə çıxıb. Müttəhimlər onlara verilən cəza ilə razı deyil, bəraət verilməsini xahiş edirlər.

Musavat.com

20-08-2025, 15:52 216

Digər xəbərlər

Şəhid övladlarının qəbul uğuru: 34 nəfərin adı və qəbul olduğu universitetlər açıqlanıb

Sumqayıt Musiqi Kollecinə yeni direktor təyin olundu

Sumqayıtlı sabiq futbolçu milli komandaya baş məşqçi təyin edildi

İşsiz və işaxtaranlara ŞAD XƏBƏR – Sentyabrın 10-dək...

Sumqayıtın deputatından tələbələrə, müəllimlərə və valideynlərə TƏBRİK MESAJI

Bakı–Sumqayıt qatarlarının hərəkət cədvəli dəyişir

Sumqayıtda elektron siqaret satan şəxs cərimələndi

Bakıda kütləvi davada bıçaqlanan şəxslə bağlı qərar dəyişmədi – MƏHKƏMƏ

Sumqyaıtlı şəhidin anası tələbə adını qazandı-FOTO

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Bu gün, 13:46
Bu gün, 13:35
Bu gün, 12:37
Bu gün, 12:29
Bu gün, 12:25
Bu gün, 11:46
Bu gün, 11:43
Bu gün, 11:39
Bu gün, 11:37
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
1 2 3 4 5 6 7 8 9 10 ... 1102