Ümid klinikasının həkim-kardioloqu Sumqayit.tv-yə müsahibə verib



Son illər ürək xəstəlikləri geniş yayılıb. Bunun da bir çox səbəbləri var. Geni modifikasiya olunmuş qidalardan tutmuş hərəkətsiz həyat tərzi bu xəstəliklərə səbəb kimi göstərilir. Bəs bu sahənin mütəxəssisləri nə düşünür? Sumqayit.tv-nin budəfəki müsahibi Ümid klinikasının həkim-kardioloqu Könül Məmmədovadı. 

 Doktor, zəhmət olmasa, əvvəlcə özünüz haqqında məlumat verərdiniz ?

Mən Məmmədova Könül Sumqayıt şəhərində anadan olmuşam. 1992-ci ildə orta məktəbi bitirib, Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə daxil olmuşam. 1999-cu ildən həkim-kardioloq kimi təyinat ilə Siyəzən rayonunda,  daha sonra Azərbaycan Respublikası Klinik Xəstəxanasında çalışmışam. Hal-hazırda Ümid klinikasında fəaliyyətimi davam etdirirəm.

 

Ölkəmizdə ürək-damar xəstəlikləri ilə bağlı hazırki vəziyyət necədir?

Ürək-damar xəstəliklərinin aktual olduğu bir dövrdə yaşayırıq. Hər gün yüzlərlə insan ürək-damar problemləri səbəbi ilə həyatını itirir. Xüsusilə hipertoniya xəstəliyi, ürəyin işemik xəstəlikləri daha geniş yayılmaqdadır. Bu da siqaret çəkmə, qeyri-sağlam qidalanma, stress, adinamiya, piylənmə, şəkərli diabet, yüksək xolesterin kimi risk faktorlarının çoxalması ilə əlaqəlidi.

 

Bəs xəstələr, xəstəlik riski daşıyanlar nə etməlidirlər? 

Əlbəttə ki, xəstələr erkən dövrdə həkimə müraciət etməli, vaxtında mütəxəssis məsləhəti və düzgün müalicə almalıdırlar. Xəstəlik riski daşıyanlar mütəmadi qanda xolesterini yoxlatmalı, sağlam həyat tərzi keçirməli, zərərli vərdişlərdən uzaq olmalıdırlar.

 

Bu gün ürək-damar xəstəlikləri sahəsində ən çox rast gəlinən problemlər hansılardır?

 Əsas problem odur ki, kardiologiya sahəsi çox inkişaf etdiyi bir dövrdə yaşasaq da, xəstəliklər yenə də artmaqdadı. Xəstəliyi törədən səbəblər artmaqdadır. Maariflənmənin çox olmasına baxmayaraq, xəstələrimiz öz səhhətlərinə səhlənkar yanaşırlar.

 

Uşaqlarda ürək qüsurlarının artması barədə deyilənlərlə razısınızmı? Son zamanlar bununla bağlı edilən əməliyyatlar həddən artıq çoxdur...

Anadangəlmə ürək qüsurları çox geniş rast gəlinən problemlərdən biridir. Yeni doğulan körpələrin bir qismində belə qüsurlar aşkarlanır. Səbəbi tam olaraq bəlli deyil. Ancaq xəstələrin bir qismində qohum evliliyi, ananın şəkər xəstəsi olması anadangəlmə ürək qüsurlarının yaranmasına təsir edə bilər. Diaqnostika inkişaf etdiyi, erkən qüsurların aşkarlanması və əməliyyatların aparılması təbii olaraq artmışdır.

Ürək xəstəliklərində istər müayinə, istərsə də müalicələrlə bağlı nələr yanlış edilir?

Məncə, yanlışlar elə də çox deyil. Həkimlərimiz daim özlərini inkişaf etdirməyə, təkmilləşdirməyə çalışırlar. Hal-hazırda xəstəliklərin müayinə və müalicəsinə daha müasir baxış var.

 

Necə hesab edirsiniz bizdə kardiologiyanın vəziyyətini Avropa ilə müqayisə etmək olar?

Kardiologiya son illər ölkəmizdə çox inkişaf etmişdir. Xüsusilə ürək-damar cərrahiyyəsi, invaziv kardiologiya Avropa ilə müqayisə oluna biləcək səviyyədədir deyə bilərəm.

Son olaraq pasientlərinizə ürək-damar xəstəliklərindən qorunmaq üçün nə kimi tövsiyyələr verə bilərsiniz?

İlk növbədə fiziki aktivliyi artırmaq lazımdır.

Günü masa və kompüter arxasında keçirən ofis işçiləri heç olmazsa, işdən sonra bir neçə saat hərəkət etməlidirlər. Həftəsonu isə mümkün qədər çox gəzmək, idmanla məşğul olmaq, açıq havada olmaq məsləhətdir. Stressdən uzaq durmağa çalışmalıdır. Arterial hipertenziya varsa, arterial təzyiq nəzarətdə saxlanmalıdır.


Müsahibəni hazırladı: Vüsal Hacıyev

17-09-2022, 12:38 605

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102