Səbinə Salmanovanın təşəbbüsü ilə Milli Mətbuatın yaranmasının 150 illiyinə həsr olunan təntənəli tədbir keçirilib FOTO

Milli mətbuatın yaranmasının 150 illiyi münasibətilə bu gün Bakıda Four Seasons otelində təntənəli tədbir keçirilib.

Millət vəkili Səbinə Salmanovanın təşəbbüsü ilə Magen David Azərbaycan – İnsan Hüquqları Müdafiəsi və Xeyriyyə Cəmiyyəti tərəfindən təşkil olunan tədbirdə millət vəkilləri, media rəhbərləri, saytların baş redaktorları, jurnalistlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir şəhidlərimizin və Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Milli Məclisin deputatı, Azərbaycan–İsrail Parlamentlərarası işçi qrupunun rəhbəri, Magen David Azərbaycan Cəmiyyətinin fəxri sədri Anatoliy Rafailov çıxışında dövlətin mətbuatın inkişafına hər zaman xüsusi diqqət yetirdiyini bildirib. 

O qeyd edib ki, müasir Azərbaycan mediası operativliyi, dəqiqliyi və qərəzsizliyi ilə seçilir, dövlətçilik ənənələrinin möhkəmlənməsində mühüm rol oynayır. Rafailov media nümayəndələrinin peşəkarlığını, xüsusilə Vətən müharibəsi və pandemiya dövründə cəmiyyətin düzgün məlumatlandırılmasındakı əvəzsiz xidmətlərini yüksək qiymətləndirib.

Magen David Azərbaycan Cəmiyyətinin və Ümum İsrail Qafqaz Yəhudiləri Assosiasiyasının Azərbaycan nümayəndəliyinin sədri David Seliverstov çıxışında bildirib ki, “Əkinçi” ilə əsası qoyulan maarifçilik ideyaları bu gün də yaşayır. 

O vurğulayıb ki, müasir Azərbaycan mediası informasiya müharibəsində həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynayır və media nümayəndələrinin qərəzsiz, operativ fəaliyyəti ilə daim seçildiyini qeyd edib.

Tədbirdə millət vəkili Səbina Salmanova da çıxış edib. O, bildirib ki, bu gün burada Azərbaycan milli mətbuatının 150 illik yubileyini qeyd etmək üçün toplaşmışıq. Bu əlamətdar tarix təkcə medianın deyil, bütövlükdə cəmiyyətimizin tərəqqisi və ictimai düşüncənin inkişafı tarixidir:

"Hər birimizi bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edirəm! Azərbaycan mətbuatı “Əkinçi” qəzetindən başlayaraq indiyədək, mürəkkəb, çətin və şərəfli yol keçib. Mətbuatımız xalqımızın maariflənməsində, ana dilimizin və milli-mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, incəsənətimizin təbliğində və inkişafında önəmli rol oynayır. Azərbaycanın müstəqillik dövrünün mətbuatı Ulu Öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ümummilli Liderin 6 avqust 1998-ci il tarixli Fərmanı ilə kütləvi informasiya vasitələri üzərindən senzuranın götürülməsi jurnalistlərə fikirlərini azad və sərbəst ifadə etmək üçün geniş imkan yaratdı. 1999-cu ildə qəbul edilən “Kütləvi informasiya vasitələri haqqında” qanunla isə mətbu orqanın təsis edilməsi üçün dövlət orqanlarından icazə tələbi ləğv edildi”.

Millət vəkili daha sonra çıxışında bir məsələni xüsusi olaraq qeyd etmək istədiyini bildirib:

“Media mənə çox doğma sahədir. Bildiyiniz kimi, uzun illər Ədliyyə Nazirliyində çalışmışam. 2002-ci ilin mayın 11-də Ulu Öndər Heydər Əliyev “Kütləvi informasiya vasitələri haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi barədə" qanunun tətbiq edilməsi haqqında Fərman imzalamışdı. Həmin Fərmanla KİV-lərin qeydiyyatı və hüquqi mexanizmlərin tənzimlənməsi Ədliyyə Nazirliyinə tapşırılmışdı. Bu prosesi isə Nazirlikdə çalışdığım və sonradan rəhbərlik etdiyim idarə icra edirdi. 2020-ci ilə kimi 5000-nə yaxın mətbu orqan qeydiyyata alınmışdı. Həmin vaxtda mətbuat nümayəndələri ilə görüşür, onlarla səmimi münasibətlər qururduq. Bu ünsiyyət zamanla sadəcə işgüzar əlaqə olaraq qalmadı, dostluğa və qarşılıqlı etimada çevrildi. Bu münasibətin isti nəfəsini bu gün də duyuruq. Buna görə də hər birinizə təşəkkür edirəm”.

S.Salmanova onu da bildirib ki, media nümayındələri həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinizə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olublar:
 
 “Hazırda dövlətimizin prioritet məsələlərindən biri də Qərbi Azərbaycanımıza qayıdışdır. Arzu edirəm ki, tez bir zamanda bu müjdəni xalqımıza, dünyaya çatdırasınız. Biz Prezident, Müzəffər Ali Baş Komandanımızın ətrafında sıx birləşərərək necə Qarabağımıza qayıtdıqsa, Qərbi Azərbaycanımıza da qayıdacağıq!”

Rəsmi hissədən sonra tədbir iştirakçıları üçün maraqlıbədii proqram təqdim olunub.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

12-07-2025, 20:06 135

Digər xəbərlər

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına MÜSAHİBƏSİ –TAM MƏTN

Bu universitetlər tələbələri rektorsuz qarşılayacaq - Siyahı

Sumqayıtda dağıdıcı zəlzələ gözlənilir? - Qurban Yetirmişlidən açıqlama

Elnarə Akimova: "Mədəniyyətimizin və tarixi irsimizin qoruyucusunun dünyaya gəldiyi gündür"

Bu ilin ən yaşlı tələbəsi ali təhsilini Sumqayt Dövlət Universitetində oxuyacaq

Ekspert: Sumqayıtda da mənzillərin qiyməti bahalaşa bilər

Avtomobilinə boşanma elanını yazdı, sosial şəbəkələrdə gündəm oldu - FOTO

Bu gün Mehriban Əliyevanın doğum günüdür

Sumqayıt sakinləri diqqətli olsun – Müdafiə Nazirliyindən xəbərdarlıq

Sumqayıtda 90 min manatlıq avtobus dələduzluğu işi məhkəmədə barışıqla bitdi

Sumqayıt-Horadiz marşrutu üzrə müsabiqənin qalibi müəyyənləşdi

Sumqayıtin bu ərazisində qazın verilməsi dayandırılacaq

Sumqayıtda qanunsuz tikililərlə bağlı yeni işçi qrupu yaradılıb

672 balla Tibb Universitetinə qəbul olan Səccad İsgəndərli – Məktəbimizin fəxri- FOTO

Bu gün Sumqayıtda hava necə olacaq?

Sumqayıtda yol qəzası: Mercedes və Kia Rio toqquşdu - FOTO

640 balla Tibb Universitetinə qəbul olan Aylin Tağıyeva – Sumqayıtın yetirməsi - FOTO

Sumqayıtda məskunlaşan və səs yazısı yayılan köçkün ailəsinə Biləsuvardan mənzil təqdim olundu

TƏBİB-in təşəbbüsü ilə Sumqayıt Tibb Mərkəzində nadir dəri xəstəlikləri üzrə təlim keçirilib - FOTO

Sumqayıt çimərliklərində hava 27 dərəcə isti olacaq

1 2 3 4 5 6 7 8 9 10 ... 961
Bu gün, 13:43
Bu gün, 13:22
Bu gün, 12:02
Dünən, 14:43
Dünən, 13:28
Dünən, 13:20
Dünən, 11:38
Dünən, 11:28
25-08-2025, 18:26
25-08-2025, 16:49
25-08-2025, 16:45
25-08-2025, 15:35
25-08-2025, 12:57
25-08-2025, 11:59
25-08-2025, 10:35
24-08-2025, 14:49
23-08-2025, 23:59
23-08-2025, 15:44
22-08-2025, 20:00
22-08-2025, 14:21
22-08-2025, 12:32
22-08-2025, 12:28
22-08-2025, 12:05
21-08-2025, 19:57
21-08-2025, 17:42
21-08-2025, 17:34
21-08-2025, 15:28
21-08-2025, 13:08
21-08-2025, 10:16
21-08-2025, 00:04
20-08-2025, 20:34
20-08-2025, 15:52
20-08-2025, 15:38
20-08-2025, 15:20
20-08-2025, 11:01
19-08-2025, 20:46
19-08-2025, 18:37
19-08-2025, 18:21
19-08-2025, 16:09
19-08-2025, 08:17
1 2 3 4 5 6 7 8 9 10 ... 961