
Sumqayıt şəhərində partlayış hadisəsi qeydə alınıb.
Sumqayit.tv Reporta-a istinadən xəbər verir ki, hadisə şəhərin 42-ci məhəlləsində yerləşən beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində baş verib.
İlkin məlumata görə, partlayış nəticəsində xəsarət alanlar var. Yaralılara tibbi yardım göstərilməsi üçün hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub.
Bundan əlavə, əraziyə yanğınsöndürənlər və hüquq-mühafizə orqanlarının əməkdaşları da göndərilib. Hazırda hadisə yerində təhlükəsizlik tədbirləri görülür.
Partlayışın hansı səbəbdən baş verdiyi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır, hadisənin bütün təfərrüatları dəqiqləşdirilir.
Əlavə məlumat olduqca təqdim ediləcək.



Bu gün, 20:15
39