
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sumqayit.tv Lent.az-a istinadən xəbər verir ki, hadisə Masazır qəsəbəsində, “Qurtuluş-93” yaşayış kompleksinin qarşısındakı küçədə qeydə alınıb.
Məlumata görə, 19 yaşlı Fuad Babaşovun idarə etdiyi “MİNSK D D4” markalı motosiklet 4 yaşlı Atilla Bağırovu vurub.
Ağır xəsarətlər alan azyaşlı xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bu gün, 14:41
8