
Paytaxtın 20 Yanvar metrostansiyası yaxınlığında sərnişinlərin avtobusa minərkən yaşadığı sıxlıq və tələskənlik narazılığa səbəb olub. Sumqayit.tv-yə sərnişinlər bildirirlər ki, bəzi hallarda sərnişinlər avtobusa daha tez minmək üçün bir-birini itələyir, bu isə həm narahatlıq yaradır, həm də təhlükəsizlik baxımından risklidir.
Şikayətçilərin sözlərinə görə, bir neçə saniyə tez avtobusa minmək üçün yaşanan bu davranışlar heç nəyi dəyişmir. Onlar sərnişinləri qarşılıqlı hörmətə və növbə mədəniyyətinə riayət etməyə çağırırlar.
Sakinlər hesab edirlər ki, ictimai nəqliyyatdan istifadə zamanı nizam-intizamın qorunması və bir-birinə hörmətlə yanaşılması həm sərnişinlərin rahatlığını artırar, həm də bu cür xoşagəlməz halların qarşısını alar.
Bu gün, 20:28
8