Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

 

Azərbaycanda narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər davam edir.

Sumqayit.tv xəbər verir ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının açıqladığı məlumata əsasən, hazırda ölkə üzrə metadonla əvəzedici müalicə proqramı çərçivəsində 694 nəfər müalicə alır.

Müalicə alanlardan 122 nəfəri Sumqayıt Narkoloji Mərkəzində qeydiyyatdadır. Qalan pasiyentlərin 279-u Respublika Narkoloji Mərkəzində, 293-ü isə QİÇS-lə Mübarizə Mərkəzində müalicə olunur.

Hesabat dövründə ölkə üzrə narkotik istifadəsinin müəyyənləşdirilməsi məqsədilə tibbi müayinədən keçirilən 2740 nəfərdən 1301 nəfərinin narkotik istifadəçisi olduğu müəyyən edilib.

Dövlət Komissiyasının məlumatına görə, 2026-cı ilin ilk beş ayı ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı ümumilikdə 3766 cinayət faktı aşkarlanıb. Bu müddətdə hüquq-mühafizə orqanları tərəfindən 4 tondan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.

Qeyd edək ki, narkotik asılılığından əziyyət çəkən şəxslərin reabilitasiyası və müalicəsi istiqamətində Sumqayıtda da müvafiq xidmətlər göstərilir.


22-06-2026, 16:06 66

Digər xəbərlər

Gələcəyin həkimləri Sumqayıtdan çıxır!

Bir ailədə üçqat tələbə sevinci – ANA və iki övladı universitetə qəbul oldu

Peskovun Paşinyana mesajı nə deməkdir? – Politoloq Moskvanın mövqeyini açıqladı

Ali təhsil müəssisələrinə qəbul nəticələri açıqlanıb

Paşinyan niyə KTMT-dən özü çıxmaq istəmir? – Deputatdan açıqlama

YENİLƏNİB: Yolda qalan sərnişinlər üçün yeni avtobus göndərildi

Daxili işlər naziri sentyabrda Sumqayıtda vətəndaşları qəbul edəcək

YENİLƏNİB: 5 nömrəli avtobusda sərnişinlə sürücü arasında mübahisə: Qapılar 15 dəqiqə bağlı saxlanılıb?-VİDEO

Bakı–Daşkənd xətti: Qardaşlığın Türk dünyasının yüksəlişində yeni mərhələsi

Sumqayıtda konsert gecəsi – İfaçıların adları açıqlanıb

Bakı-Sumqayıt yolunda tıxac bitmir

Kolleclərə ixtisas seçiminin vaxtı açıqlanıb

İlham Əliyev Volodimir Zelenskini təbrik edib

Sumqayıt və Bakıda mağazalardan oğurluq edən şəxs 4 il həbs cəzası alıb

Sumqayıtda din xadimləri üçün seminar keçiriləcək

Sumqayıtın tarixini əks etdirən video hazırlanıb

Azərbaycan və Özbəkistan arasında əbədi dostluq müqaviləsi imzalandı – Əsas müddəalar AÇIQLANDI

Dövlət mühafizəsi sahəsində çalışan əməkdaşların peşə bayramıdır

Sarayda körpünün ətrafındakı yollar bərbad vəziyyətdədir: Sakinlər çıxış yolu istəyir

Azərbaycanda süd, yumurta və ət bahalaşıb

1 2 3 4 5 6 7 8 9 10 ... 1102
Dünən, 23:18
Dünən, 22:30
Dünən, 19:36
Dünən, 18:39
Dünən, 17:32
Dünən, 16:11
Dünən, 16:10
Dünən, 16:05
Dünən, 15:20
Dünən, 14:57
Dünən, 13:15
Dünən, 11:46
Dünən, 11:40
Dünən, 11:27
Dünən, 11:19
Dünən, 09:24
23-08-2026, 20:32
23-08-2026, 11:47
22-08-2026, 20:55
22-08-2026, 16:27
22-08-2026, 12:50
22-08-2026, 12:17
22-08-2026, 11:28
22-08-2026, 01:10
21-08-2026, 19:05
21-08-2026, 15:19
21-08-2026, 14:03
21-08-2026, 13:36
21-08-2026, 11:24
21-08-2026, 11:19
21-08-2026, 11:10
21-08-2026, 07:08
20-08-2026, 23:45
20-08-2026, 21:41
20-08-2026, 18:29
20-08-2026, 17:35
20-08-2026, 17:17
20-08-2026, 16:07
20-08-2026, 16:03
20-08-2026, 14:12
1 2 3 4 5 6 7 8 9 10 ... 1102