Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Arterial təzyiqi aşağı salmağın müxtəlif yolları var. Bura qidalanma rasionunun və həyat tərzinin dəyişdirilməsindən tutmuş, müntəzəm dərman qəbuluna qədər bir çox üsul daxildir.

Bununla belə, getdikcə daha çox insan dərmanlardan qaçmağa və rifahı yaxşılaşdırmaq üçün daha təhlükəsiz, təbii üsullara üstünlük verməyə çalışır.

Həkimlər tərəfindən də təsdiqlənən və qan təzyiqinə müsbət təsir göstərən bu cür təbii vasitələrdən biri də çuğundur şirəsidir.

Sumqayit.tv xəbər verir ki, "Very Well Health" nəşri çuğundur şirəsinin insan orqanizminə faydaları və zərərli tərəflərindən bəhs edən geniş material dərc edib.

Məqalədə 2025-ci ildə keçirilmiş və 75 nəfərin iştirak etdiyi elmi araşdırmaya istinad olunub. Tədqiqatda 67-79 yaşlarında olan 36 yaşlı insan və 18-30 yaşlarında olan 39 gənc iştirak edib.

İki həftə ərzində könüllülər gündə iki dəfə çuğundur şirəsi və tərkibində nitrat olmayan plasebo (təsirsiz içki) qəbul ediblər. Sınaqların yekununda məlum olub ki, çuğundur şirəsi qəbul edən yaşlı insanların qan təzyiqi nəzərəçarpacaq dərəcədə aşağı düşüb. Gənclərdə isə bu effekt o qədər də kəskin qeydə alınmayıb.

Attachment

Ekseter Universitetinin professoru və tədqiqatın həmmüəllifi Endryu Cons bildirib ki, çuğundur şirəsi kimi nitratlarla zəngin qidalar ağız boşluğunun mikrobiomunu elə dəyişir ki, bu da yaşlı insanlarda iltihabın azalmasına və arterial təzyiqin düşməsinə səbəb olur.

Universitetin digər tədqiqatçısı Anni Vanhatalo isə əlavə edib ki, çuğundur yeyilərkən ağızdakı bakteriyalar nitratları azot oksidininə çevirir. Bu maddə isə qan damarlarının divarlarını rahatladaraq təzyiqi aşağı salır. Yaşlı insanların insult və infarktdan daha çox əziyyət çəkdiyini vurğulayan ekspertlər, rasiona mütləq çuğundur, brokoli, ispanaq, kərəviz və rukkola kimi nitratla zəngin qidaları daxil etməyi tövsiyə edirlər.

Əgər çuğundur şirəsini orqanizmə faydalı olacaq şəkildə necə içməyi bilmirsinizsə, yuxarıdakı araşdırmanın metodundan yararlana bilərsiniz. Belə ki, iki həftə ərzində gündə iki dəfə bir stəkan çuğundur şirəsi qəbul etmək və bu müddətdə təzyiq göstəricilərini nəzarətdə saxlamaq məsləhət görülür./Musavat.com


Bu gün, 15:21 10

Digər xəbərlər

Sumqayıt Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib

Müəllimlərin maaşını mənimsəyən sabiq məktəb direktoru şərti cəza alıb

Sumqayıtda 50 yaşlı kişinin meyiti yaşadığı evdə aşkarlanıb

Təzyiqi olanlar mütləq oxusun: Dərmanları unudun - Hər gün 2 stəkan için...

Sumqayıtda qəbiristanlığın yaxınlığında avtomat tapılıb

Ceyranbatanda bəzi ərazilərin qaz təchizatında fasilə yaranacaq

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

İtaliya mətbuatında Tramp haqqında gedən təhqiramiz ifadələr toplanır

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanın Özbəkistandakı səfiri iki ölkənin ali mükafatları ilə təltif olunub

Ərdoğandan Pezeşkiana: Hazırıq!

Sərdar Berdiməhəmmədovun Bakı səfəri nə vəd edir?

Səbinə Salmanova: Azərbaycan və Türkmənistan strateji tərəfdaşlığı daha da güclənir

Sumqayıt Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib-VİDEO

Sumqayıtda 122 nəfər metadon proqramı üzrə müalicə alır

Sumqayıtın 19-cu məhəlləsində açıq kanalizasiya lükü sakinləri narahat edir-ŞİKAYƏT/VİDEO

MRT dövrü bitdi: insan bədənini 60 saniyəyə skan edən cihaz təqdim olundu

Əraqçi: Razılaşmalar icra olunarsa, regionda yeni mərhələ başlaya bilər

Sumqayıtda bıçaqlanma: Yaralının son durumu ilə bağlı AÇIQLAMA-VİDEO

İki xain aqressorun xəyanət günü – milyonlarla insanın qiyamət günü

1 2 3 4 5 6 7 8 9 10 ... 1066
Bu gün, 15:47
Bu gün, 15:45
Bu gün, 15:23
Bu gün, 15:21
Bu gün, 13:08
Bu gün, 10:05
Bu gün, 09:53
Bu gün, 09:44
Bu gün, 09:11
Bu gün, 09:03
Dünən, 20:56
Dünən, 20:53
Dünən, 17:20
Dünən, 16:12
Dünən, 16:06
Dünən, 10:47
Dünən, 10:23
Dünən, 10:21
Dünən, 10:17
Dünən, 10:15
Dünən, 09:45
Dünən, 08:55
Dünən, 08:50
21-06-2026, 23:07
20-06-2026, 20:37
20-06-2026, 20:15
20-06-2026, 14:58
20-06-2026, 14:56
20-06-2026, 14:50
20-06-2026, 14:41
20-06-2026, 14:38
20-06-2026, 14:31
19-06-2026, 20:18
19-06-2026, 20:15
19-06-2026, 18:30
19-06-2026, 18:28
19-06-2026, 16:23
19-06-2026, 15:19
19-06-2026, 10:16
18-06-2026, 23:25
1 2 3 4 5 6 7 8 9 10 ... 1066